"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Gəncə şəhər Nizami bələdiyyəsində yeni daimi komisiya yaradılıb

--2021-06-03 / 19:38

Gəncə şəhər Nizami bələdiyyəsində gənclərlə iş və idman komissiyası yaradılıb. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub. Bələdiyyənin üzvü Çimnaz Əliyeva komissiyanın sədri seçilib.

Ədliyyə nazirliyi Bələdiyyələrlə iş mərkəzinin tövsiyəsi ilə yaradılan komissiya bələdiyyə ərazisində olan gənclərin idmana olan marağını artırmaq, idman növlərinin təbliği, habelə yerli idman müəssisələriylə əlaqəli əməkdaşlıq əlaqələrinin qurulmasına nail olmaqdır.

Nizami (Gəncə ş.) bələdiyyəsinə  sonuncu bələdiyyə seçkilərində 19 nəfər üzv seçilmişdir. Bələdiyyədə bundan əvvəl 6 daimi komissiya fəaliyyət göstərib: yerli büdcə məsələləri üzrə daimi komissiya, hüquq məsələləri üzrə daimi komissiya, yerli sosial məsələlər üzrə daimi komissiya, yerli iqtisadi-İnkişaf məsələləri üzrə daimi komissiya, yerli ekologiya məsələləri üzrə daimi komissiya.

Təsis edilən komissiya bələdiyyədə sayca yeddinci komissiyadır.

Belediyye.info

ŞƏRHLƏR