"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Dövlət Ekoloji Təhlüksizlik Xidmətində bələdiyyənin problemləri çözüldü

--2021-06-01 / 19:31

Son illərdə Ekologiya və Təbii sərvətlər Nazirliyi öz vəzifə səlahiyyətlərinin icrasıyla bağlı bir çox hallarda bələdiyyə sədrlərinə qarşı inzibati akt tərtib edir və bələdiyyələrə müəyyən mənada məcburi göstəriş verir. Və bu da təbiidir.

Məsələ ondadır ki, bəzi hallarda qəbul edilən aktlar heç də reallığı əks etdirmir və bələdiyyələrdə və xüsusəndə sədrlərdə narazılıq yaradır. Bu məsələ ilə əlaqəli bizdə dəfələrlə fikir bildirməklə nazirlik rəsmilərinə müraciətlərimiz olub.

Ancaq sonuncu müracətimiz sayəsində əlaqə saxladığımız nazir müavini Firdövsi Əliyevin bu məsələyə ciddi reaksiya verməsi bizim bu gün Ekologiya və Təbii sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlüksizlik Xidmətinin rəizi Hikmət Əlizadə ilə görüşümüzlə nəticələndi.

Hikmət Əlizadə ilə bir saata yaxın davam edən görüşdə xidmət rəsinin müavinlərinin iştirakı mövzuya həssaslıqla yanaşılmasından xəbər verirdi. Demək olar ki, görüşdə bütün problemlər çözüldü.

Bizim qaldırdıgımız məsələlər, irəli sürdüyümüz arqumentlərlə hörmətli Hikmət Əlizadənin müəyyən mənada razılaşması nazirlik rəsmiləri tərəfindən problemin konstruktiv həllinə maraqlı olmasında xəbər verirdi.

Belə qərara gəlindi ki, bələdiyyə üzvlərin iştirakıyla görüşlər (seminarlar) təşkil edilsin və mövcud problemlər qarşılıqlı anlaşma yoluyla öz həllini tapsın.

Biz Ekologiya və Təbii sərvətlər Nazirliyi ilə bələdiyyələr arasında yaşanan bu soyuqluğun və anlaşılmazılığın aradan qaldırıcağına inanırıq.

Ümid edirəm ki, Əmlak məsələləri Dövlət Xidmətiylə bağlı məsələlər belə konstruktuiv şəkildə öz həllini tapacaqdır.

(Görüşlə və ümumiyyətlə nazirlik-bələdiyyə münasibətlərinə həsr olunan geniş təhlili yaxın günlərdə saytda tanış ola bilərsiniz)

Vüqar Tofiqli 

"Bələdiyyələrin fəaliyyərinin təbligi' İctimai birliyin sədri

ŞƏRHLƏR