"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Buzovna bələdiyyəsi tərəfindən bayram sovqatları paylanılıb

--2021-07-20 / 12:51

Xəzər rayonunda Vətən müharibəsi şəhidlərinin, qazilərin və iştirakçılarının ailələrinə daim diqqət və qayğı ilə yanaşılır. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş döyüşçülərin, qazilərin, o cümlədən aztəminatlı ailələrə, ümumilikdə 125 ailəyə Qurban bayramı münasibətilə Xəzər rayonu Buzovna bələdiyyəsi tərəfindən bayram sovqatları paylanılıb. Bu barədə məlumat adıçəkilən bələdiyyədən daxil olub.

Bayram payı alan şəhid və qazi ailələri bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul edilməsini, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını diləyib, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Əlavə edək ki, ərzaq bağlamaları bələdiyyə üzvlərinin və qulluqçuların iştirakı və bələdiyyə iclasının qərarıyla bələdiyyənin inzibati binasında siyahi üzrə paylanılmış və hərəkət məhdudiyyəti olan insanların isə mənzillərində təqdim edilmişdir.

Onların hər bir ilə söhbətlər aparılmış, bayram günü ilə əlaqədar təbrik edilmişdir.

Belediyye.info

ŞƏRHLƏR