"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Birinci rübdə bələdiyyə hansı işləri görüb? SƏDR HESABAT VERDİ

--2021-04-14 / 04:34

Zakatala rayon Mosul bələiyyəsi ötən birinci rüb ərzində  bələdiyyə və kəndin gəncləri  tərəfindən qəbristanlıqda abadlıq işləri aparılmışdır. Bununla bağlı  Belediyye.infoya məlumatı  Zaqatala rayon Mosul bələdiyyəsinin sədri Elçin  Alasiyev bildirib.

Açıqlamasında sədr daha sonra bildirib:

"Belə ki, bələdiyyə tərəfindən qəbristanlıqda gedən 250 metir yolda xırda daş döşənmişdir. Bunula yanaşı bələdiyyə tərəfindən dəfn üçün istifadə edilən 0.4 mt 0.60 metr ölçüdə  olan 400 ədəd çay daşı alınmışdır. Kəndin ara yoluna 350 mt məsafədə xırda daş döşənmişdir. Bu gün kəndin dairəvi yollar və ara yolları greydərlə hamarlanmışdır düzəldilmişdir. Gğrülən işlərə əlavə olaraq mütəmadi olaraq  bələdiyyə qulluqçuları Məişət tullantıları üçün ayırılmış ərazidə təmizlənmə işləri aparılmışdır"

Sədr sonda kənd sakinlərin müraciət etməyi də unutmadı:

- Əziz və dəyərli Mosul kənd sakinlər!

Sizdən artıq dərəcədə xahiş edirik məişət tulantılarını harda gəldi atmayın. Məişət tulantıları təyin olan yerə atın.Gəlin bir birimizə hörmətlə yanaşaq.Nəqədər birlikdə olsaq o qədər kəndimiz inkişaf edər.

Belediyye.info

ŞƏRHLƏR