"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binəqədi bələdiyyəsinin sədri kimdir?-BƏLƏDİYYƏ SƏDRİ ÜÇÜN ÖZƏL GÜN

--2016-10-04 / 11:38

Cabbarlı Sitarə Fərman qızı 1990-cı il oktyabrın 4-də Bakı şəhərində anadan olub.

2008-ci ildə Ağdam rayonu 71 saylı köçkün orta məktəbinin 11-ci sinfini əla qiymətlərlə bitirib.

2006-cı ildə təhsil aldığım 71 saylı Ağdam köçkün orta məktəbindən ölkəmizdə ilk təcrübə olan Respublika Uşaq Parlamentinə deputat seçilib.

2012-ci ildə Bakı Dövlət Universitetinin “Ekologiya və torpaqşünaslıq” fakültəsinin bakalavr pilləsini, 2014-ci ildə həmin fakültənin “Torpaqların ekoloji monitorinqi və qorunması” ixtisası üzrə magistr pilləsini bitirib.

2010-cu ilin 24 noyabrından 2011-ci ilin noyabrındək Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədr müavini işləyi.

BDU-da təhsil alarkən 2009-cu tədris ilinin nəticələrinə görə “İlin tələbəsi” seçilmiib, iki dəfə BDU-nun rəhbərliyi tərəfindən Fəxri fərmana layiq görülüb

2009-cu ilin may ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.

2011-ci ilin yanvar ayınadək YAP Yasamal rayon təşkilatının Gənclər Birliyinin  sədr müavini, həmçinin YAP Yasamal rayon Gənclər Birliyi İdarə heyətinin üzvü olub.

YAP Gənclər Birliyinin 2011-ci il yanvarın 29-da Qəbələdə keçirilən III konfransında YAP Gənclər Birliyinin Şura üzvü seçilib.

2010-cu ilin noyabrından 2013-cu ilin sentyabrınadək Yeni Azərbaycan Partiyası Qadınlar Şurası sədrinin köməkçisi olub.  

2010-cu ilin sentyabrından Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) təmsil olunub.

17 sentyabr 2012-ci il tarixdən 2013-cü ilin avqustunadək AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunda Yusif Məmmədəliyevin Memorial muzeyinin direktoru, 2013-cü ilin avqustundan 2014-cü il iyunun 4-dək həmin İnstitutda elmi işçi işləyib.

2013-cü il dekabrın 27-də AMEA-da Gənc Alim və Mütəxəssislər Şurasının təsis konfransında AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası İdarə Heyətinin üzvü seçilib.

2010-cu ildə Gənclər və İdman Nazirliyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin respublika üzrə tələbələr arasında keçirdiyi və Ümummilli lider Heydər Əliyevə həsr olunan “Mən fəxr edirəm ki, Azərbaycanlıyam” adlı yazı müsabiqəsində, 2013-cü ilin aprelində AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun Ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə keçirdiyi yazı müsabiqəsində birinci yeri tutub. 2011-ci ilin oktyabrında YAP-ın “Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə əlaqədar gənclər arasında keçirdiyi “Müasir Azərbaycan-20” adlı yazı müsabiqəsinin, Qarabağ mövzusunda yazdığım “Babamın gündəliyi” adlı publisistik məqaləmlə “Yaddan çıxmaz Qarabağ” müsabiqəsinin və digər bir sıra müsabiqələrin qalibi olub.

2013-cü ilin 16 sentyabrında “Qafqaz  İslam Ordusunun zəfər yürüşünün 95-ci ili” mövzusunda məqaləm Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyi Kültür və Tanıtma Müşavirliyinin keçirdiyi müsabiqədə birinci yeri tutub.

Azərbaycan Gənclərinin 6-cı (25 oktyabr 2011-ci il), 7-ci (2 iyun 2014-cü il) Forumlarının nümayəndəsi olub.

2012-ci il iyunun 8-10-da AMEA-nın Aqrar Bölməsinin və Azərbaycan Torpaqşünaslar Cəmiyyətinin Bakı və Qəbələdə keçirdiyi “Azərbaycan torpaqları: genezis, coğrafiya, meliorasiya, səmərəli istifadə və ekologiya” mövzusunda beynəlxalq elmi konfransın iştirakçısı olmuşam, konfransın materiallarından ibarət kitabda ekologiyaya həsr olunan elmi məqaləsi dərc olunub.

YAP Binəqədi Rayon Təşkilatı Qadınlar Şurasının 2014-cü il mayın 15-də keçirilən hesabat seçki konfransında İdarə Heyətinin üzvü seçilib.

Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının 8 sentyabr 2014-cü il tarixli əmri ilə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 1 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə icra nümayəndəsi təyin olunub.

2014-cü il dekabrın 23-də ölkəmizdə keçirilən 4-cü çağırış bələdiyyə seçkilərində YAP-ın namizədi kimi iştirak edərək Binəqədi bələdiyyəsinə üzv seçilib.

2015-ci il yanvarın 26-da  Binəqədi rayonu Binəqədi bələdiyyəsinin ümumi iclasının qərarı ilə bələdiyyə sədri seçilib.

2015-ci il aprelin 21-də Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının Yevlax şəhərində keçirilən ümumi hesabat yığıncağında Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının sədr müavini seçilib.

2015-ci il mayın 16-da YAP Gənclər Birliyinin Bakıda keçirilən 4-cü konfransında yenidən YAP Gənclər Birliyinin Şura üzvü seçilib.

2015-ci ilin sentyabrında Türkiyənin İstanbul şəhərində Türk Dünyası Bələdiyyələr Birliyinin “4-cü Olağan (növbədənkənar) Genel Kurul Toplantısı”nda iştirak və çıxış edib.

2015-ci ilin oktyabrında Gürcüstanın paytaxtı Tbilisidə Regional Fərqlərin Aradan Qaldırılması üzrə 5-ci konfransın (CORD) iştirakçısı olub.

2014-cü ildə “Gözəllikləri əbədiləşdirək” adlı layihəm Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrantını qazanib.

2015-ci ilin sentyabrından Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” fakültəsinin “Dövlət və Bələdiyyə İdarəetməsi” ixtisası üzrə  ikinci təhsil alır.

 2015-ci ilin dekabrında “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin ekspert qrupunun rəyi əsasında cari ilin yekunlarına görə Binəqədi rayonu Binəqədi bələdiyyəsi “2015-ci ilin ən fəal bələdiyyəsi” seçilib.

Dövrü mətbuatda da müntəzəm olaraq nəşr olunur, həmçinin ayrı-ayrı teleradio kanallarında aktual mövzularla bağlı çıxışlar edir.

 P.S. Belediyye.info olaraq Binəqədi bələdiyyəsinin sədri Sitarə Cabbarlını təbrik edir və fəaliyyətində yeni yeni uğurlar arzu edirik.

 

ŞƏRHLƏR