"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binə qəsəbəsindəki marşrutları kimlər himayə edir?

--2021-06-02 / 17:00

Xəzər rayonu Binə qəsəbəsinin bir qrup sakini Belediyye.infoya müraciət edərək qəsəbədə nəqliyyat problemi yaşadıqlarını bildiriblər.

Sakinlərin sözlərinə görə, qəsəbənin mərkəzində gündəlik olaraq dörd marşrut üzrə köhnə sınıq-salxaq avtobuslar fəaliyyət göstərir.

Avtobuslar qəsəbənin “Bolluq” yaşayış massivinə, 2 saylı Cəzaçəkmə müəssisənin arxa hissəsinə, “Südçüluk sovxozu”ndakı “İmam Həsən” məscidinin yanından “Binə” Çörək zavodu istiqamətinə, “Binə Aqro” istiqamətinə, qəsəbənin mərkəzindən “Bakıeloktroavtomat” zavodu istiqamətinə və 160 saylı avtobusun sonuncu dayanacağından “Binə Aqro” istiqamətinədək hərəkət edir. Daimi hərəkətdə olan avtobuslar heç bir texniki göstəriciyə cavab vermir və antisanitar şəraitdə fəaliyyət göstərən nəqliyyat vasitələridir.

Bununla bağlı Belediyye.infonun elektron poçtuna daxil olan videorolikdə deyilənlər öz təsdiqini tapır. Sakinlər onu da qeyd ediblər ki, kimlərinsə marağı naminə yaradılan bu şərait bu günkü standarta cavab vermir və tam qanunsuzdur.

Sakinlər daha sonra bildiriblər ki, dəfələrlə müraciət etsələrdə nə Xəzər Rayon İcra Hakimiyyəti, nə qəsəbə bələdiyyəsi, nə də ki Bakı Nəqliyyat agentliyi qəsəbədəki nəqliyyat özbaşınalığı ilə bağlı hər hansı addım atmayıb.

Belediyye.info olaraq sakinlərin qaldırdığı bu problemi ictimailəşdirməklə onun həlli istiqamətində addımların atılacağına inanır və müavfiq orqanların məsələ ilə bağlı münasibətlərini verməyə hazır olduğunu bidlirir.

Belediyye.info

https://www.youtube.com/watch?v=5L9zy3I05_Y

 

 

ŞƏRHLƏR