"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binə bələdiyyəsi: “Göstərilən istiqamətlər üzrə hərəkət edən mikroavtobuslara kimin himayə etməsi barədə bələdiyyədə hər hansı məlumat yoxdur”

--2021-06-13 / 15:55

Belediyye.infoya Xəzər rayonu Binə qəsəbə sakinlərinin nəqliyyat problemiylə bağlı məlumatına Binə qəsəbə bələdiyyəsinin müraciəti daxil olub.

Müraciətdə bildirilir ki, Binə bələdiyyəsi tərəfindən qəsəbə ərazisində mövcud nəqliyyat problemiylə bağlı müvafiq orqanlara müraciət ünvanlanıb. Və bələdiyyədə göstərilən istiqamətlər üzrə hərəkət edən mikroavtobuslara kimin himayə etməsi barədə bələdiyyədə hər hansı məlumat yoxdur.

Əvvəlki məlumatda bildirilirdi ki, Xəzər rayonu Binə qəsəbəsinin bir qrup sakini Belediyye.infoya müraciət edərək qəsəbədə nəqliyyat problemi yaşadıqlarını bildiriblər.

Sakinlərin sözlərinə görə, qəsəbənin mərkəzində gündəlik olaraq dörd marşrut üzrə köhnə sınıq-salxaq avtobuslar fəaliyyət göstərir.

Avtobuslar qəsəbənin “Bolluq” yaşayış massivinə, 2 saylı Cəzaçəkmə müəssisənin arxa hissəsinə, “Südçüluk sovxozu”ndakı “İmam Həsən” məscidinin yanından “Binə” Çörək zavodu istiqamətinə, “Binə Aqro” istiqamətinə, qəsəbənin mərkəzindən “Bakıeloktroavtomat” zavodu istiqamətinə və 160 saylı avtobusun sonuncu dayanacağından “Binə Aqro” istiqamətinədək hərəkət edir. Daimi hərəkətdə olan avtobuslar heç bir texniki göstəriciyə cavab vermir və antisanitar şəraitdə fəaliyyət göstərən nəqliyyat vasitələridir.

Bununla bağlı Belediyye.infonun elektron poçtuna daxil olan videorolikdə deyilənlər öz təsdiqini tapır. Sakinlər onu da qeyd ediblər ki, kimlərinsə marağı naminə yaradılan bu şərait bu günkü standarta cavab vermir və tam qanunsuzdur.

Sakinlər daha sonra bildiriblər ki, dəfələrlə müraciət etsələrdə nə Xəzər Rayon İcra Hakimiyyəti, nə qəsəbə bələdiyyəsi, nə də ki Bakı Nəqliyyat agentliyi qəsəbədəki nəqliyyat özbaşınalığı ilə bağlı hər hansı addım atmayıb.

Belediyye.info olaraq sakinlərin qaldırdığı bu problemi ictimailəşdirməklə onun həlli istiqamətində addımların atılacağına inanır və müavfiq orqanların məsələ ilə bağlı münasibətlərini verməyə hazır olduğunu bidlirir.

Belediyye.info

 

 

 

 

 

 

ŞƏRHLƏR