"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Billəsuvar bələdiyyəsi bayram sovqatları paylayıb

--2021-07-21 / 10:18

Biləsuvar  rayonunda  Vətən müharibəsi şəhidlərinin, qazilərin və iştirakçılarının ailələrinə daim diqqətlə yanaşılır.

Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş döyüşçülərin, qazilərin, ümumilikdə 15 ailəyə Qurban bayramı münasibətilə  Biləsuvar bələdiyyəsi tərəfindən “Qurban sovqat”ları paylanılıb.

Xüsusiylə qeyd edilməlidir ki, ərzaq bağlamaları üzvlərin və qulluqçuların iştirakı və iclasın qərarıyla siyahi üzrə insanların mənzillərində təqdim edilmişdir.

Onların hər bir ilə söhbətlər aparılmış, bayram günü ilə əlaqədar təbrik edilmişdir.

Belediyye.info

 

ŞƏRHLƏR