Həsənova Validə Oleq qızı 23 aprel 1989-cu ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri N.Nərimanov rayonu 66 nömrəli "Tərəqqi" Texniki-humanitar liseyində alıb.
2011-ci ildə Azərbaycan Dövlət Pedoqoji Universitetinin "Pedoqogika və psixologiya" fakultəsini bitirib. Müvəffəqiyyətlə məzun olduqdan sonra, özəl şirkətdə baş menecer vəzifəsində çalışıb.
2019-cu ildə Səbail bələdiyyəsinin təsərrüfat şöbəsində baş mütəxəssis vəzifəsində işini davam etdirıb.
2019-cu il bələdiyyə seçkilərinə qatılaraq Səbail rayonu Bibiheybət bələdiyyəsinin üzvü seçilib.
21 yanvar 2020-ci ildən etibarən isə Bibiheybət bələdiyyəsinin ilk iclasında bələdiyyə sədri seçilib.
Bir çox təlimlərində iştirak etmiş, sertifikat və diplomlarla təltif olunub.