"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bərdə bələdiyyəsinin sədri: büdcəmizə ödəmələrdə irəliləyişlər olduqca ...

--2021-04-16 / 05:41

Bərdə Bələdiyyəsinin sədri Sadiq Xəlilov sakinlərə sosial media hesabından müraciət ünvanlıayib.

Müraciəti olduğu kimi təqdim edirik:
- Əziz Bərdə sakinləri.
Şəhərin Fizuli küçəsinin bir hissəsi qrederlə və qum-çınqılla hamarlanmış və həmin hissədə rahat gediş - gəliş təmin olunmuşdur.
Sakinlərimizin yerli torpaq və əmlak vergilərinin bələdiyyənin büdcəsinə ödəmələrində irəliləyişlər olduqca, küçələrimizin abadlaşmasında yaxından iştirak edəcəyik.
Bununla yanaşı daxili imkanlar hesabına Heydər Əliyev prospektində gecə işıqlanmasının bərpası həyata keçirlimş, Şəhidlər Xiyabanında gecə işıqlanmasının təmin edilməsi məqsədilə 2 ədəd işıq dirəyi basdirilaraq ərazidə işıqlandrıma bərpa edilmişdir. 
ŞƏRHLƏR