"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyələrə təqdim edilmiş xəritələr reallığı əks etdirmir- BƏLƏDİYYƏ HƏYATI

--2021-05-04 / 19:27

 

“Son bir neçə ildə bələdiyyənin əvvəlki illərdən yığılıb qalmış 100 min manata yaxın borcunu bağlamışıq. Bunun 78 min manatı DSMF-yə, 12 min manatı Dövlət Vergi Xidmətinə və yerdə qalanı isə əməkhaqqı borcu idi. Bu gün bələdiyyənin hər hansı bur quruma bir manat belə borcu yoxdur”- bu fikriləri Belediyye.infoya Sabunçu rayonu Sabunçu bələdiyyəsindən bildirilib.

Bələdiyyədən daxil olan məlumata görə, hazırda bələdiyyə ərazisində olan vergi ödəyicilərinin siyahısı dəqiqləşdirilmişdir. Bu gün təəssüf ki, on üç minə yaxın təsərrüfatın yalnız on beş faizinin çıxarışı vardır.

Bələdiyyənin əsas problemi məhz sənədsiz mənzillərə hüquqi statusun verilməsiylə bağlıdır. Bu prosesə start verilməsi nədənsə çox ləngiyir. Sənədsiz mənzillərin yarıdan çoxunu sənədləşdirmək mümkündür. Çünki hər hansı kommunikasiya xəttinin altında-üstündə deyil.

Bildirilir ki, bu problemin həlli bələdiyyə büdcəsinə kifayət qədər vəsaitin daxil olmasına səbəb olacaq. Bununla yanaşı digər bir problem bələdiyyələrə hazırlanıb təqdim edilmiş xəritələrin reallığı əks etdirməməsi ilə bağlıdır.

Bu iki problemin nəticə etibaryilə bələdiyyənin sakin qarşısında götürdüyü öhdəliyin vaxtında həllinə səbəb olacaqdır.

Belediyye,info

ŞƏRHLƏR