"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bələdiyyə sədri "Fəxri Fərman"la təltif edilib

--2021-04-18 / 05:38

Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Məhərrəm Xəlilovun imzaladığı əmrlə Xəzər rayonu Zirə bələdiyyəsinin sədri Anar Hüseynli  Komitənin "Fəxri Fərmanı"yla təltif edilib. Əlavə edək ki, Anar Yusif  oğlu Hüseynli 1988-ci il may ayının 7-də Bakı şəhərində anadan olub. 1994-cü ildə Zirə qəsəbəsində 120 saylı  orta məktəbin birinci sinfinə  gedib. 2005-ci ildə həmin məktəbi bitirib, Milli Aviasiya Akademiyasının  “Avianəqliyyat  İstehsalatı” fakültəsinə qəbul olunub. 2010-cu ildə akademiyanı fərqlənmə diplomu ilə bitirib, Avianəqliyyat İstehsalatının təşkili üzrə mühəndis ixtisasına yiyələnib.2011-ci ildən “Silk Way” Aviaşirkəti  MMC–nin “Ground Handling Company” filialı Avaiyük xidməti üzrə departamentin Müştəri xidmətləri şöbəsinin mütəxəssisi vəziəsində çalışıb.

2014-cü il 23 dekabr tarixində keçirilən bələdiyyə seçkilərinə qatılıb və bələdiyyə üzvü seçilib. 2017-ci il 02 oktyabr tarixindən, habelə növbəti seçkilərdə bələdiyyə üzvü seçilən A.Hüseynli  və 2020-ci ilin yanvarından bələdiyyə sədri vəzifəsində çalışır.

YAP-ın üzvüdür. Ailəlidir. 3 övladı var.

Təbrik edirik!!!

ŞƏRHLƏR