"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələrin hüquqi maarifləndirilməsi üzrə tədbirlər davam edir

--2021-05-05 / 06:10

2021-ci ilin müvafiq dövrü ərzində Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzi tərəfindən bələdiyyə üzvlərinin hüquqi biliklərinin artırılmasına kömək məqsədilə maarifçilik tədbirləri davam etdirilmişdir. Belə ki, Bələdiyyələrlə iş mərkəzi tərəfindən Bakı şəhərində fəaliyyət göstərən bələdiyyələrin sədrləri və üzvləri üçün 14 aprel 2021-ci il tarixdə “Azərbaycan Respublikası Prezidentinin 05.01.2021-ci il tarixli Sərəncamı ilə 2021-ci ilin Nizami ili elan olunması ilə əlaqədar bələdiyyələrin fəaliyyəti və mədəni irsin qorunması sahəsində bələdiyyələrin rolu”, 16 aprel 2021-ci il tarixdə “Yerli vergi və ödənişlərin uçotu, hesablanması və yığımında olan çatışmazlıqlar, onların aradan qaldırılması yolları, bələdiyyənin vəzifəli şəxslərinin məsuliyyəti barədə qanunvericiliyin tələbləri. Nəsimi bələdiyyəsinin bu sahədə müsbət iş təcrübəsindən istifadə edilməsi”, 20 aprel 2021-ci il tarixdə “Debitor borcların həlli yolları, ödənişdən yayınan borclu şəxslərlə bağlı pul tələbinə dair bələdiyyələrin inzibati aktlarının qəbulu və məcburi icraya yönəldilməsi ilə əlaqədar qanunvericiliyin tələbləri, borclu şəxslərlə izahat işinin aparılması və ictimai qınaq kimi təsirli vasitələrdən istifadə olunması”, 27 aprel 2021-ci il tarixdə “Yerli özünüidarəetmədə müasir İKT imkanlarından, o cümlədən Bələdiyyələrlə iş portalının ilkin versiyasından səmərəli istifadə olunması. Bələdiyyələrin rəsmi internet və sosial şəbəkədə səhifələrinin açılması və bu səhifələrdə əhalinin görülən işlər barədə məlumatlandırılması” və 04 may 2021-ci il tarixdə “Bələdiyyələrin işində şəffaflığın artırılması, bələdiyyələrin hesabatları barədə qanunvericiliyin tələbləri” mövzularında onlayn seminar müşavirələr keçirilmişdir. Müşavirələrdə gündəlikdəki məsələlər üzrə qanunvericiliyin tələbləri və bələdiyyələrin üzərinə düşən vəzifələr barədə ətraflı məlumat verilmiş, iştirakçıların sualları cavablandırılmışdır.

 Bələdiyyələrlə iş mərkəzi

ŞƏRHLƏR