"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Baki bələdiyyələrinin büdcə gəliri səkkiz faiz azalıb

--2021-04-16 / 16:31

 Bakı şəhərində formalaşan 53 bələdiyyənin 2020-ci ildə əldə etdikləri maliyyə vəsaitinin həcmi 9.069.900 manat olub. Bu isə 2019-ci illə müqayisədə büdcə gəlirlərində cəmi 8 faizədək azalma deməkdir. Qeyd edək ki, 2019 cu ildə Bakı bələdiyyələrinin büdcə gəliri 9.849.200 manat olmuşdu.

Əldə edilən vəsaitin isə 5.1 faizi yəni (460.400manat) bələdiyyə əmlakının və torpağınn icarəsindən daxil olub. Bu barədə məlumat Dövlət Statistika Komitəsinin illik hesabatında qeyd edilib.

Bakı şəhərində formalaşan 53 bələdiyyə 4.940.300 manatlıq əmlak vergisi, 1.200.500 manatlıq torpaq vergisi, 5200 manatlıq mədən vergisi, , 197.100 manatlıq dayanacaq rüsumu toplaya biliblər. Əlavə edək ki, ən şox azalma mehmanxana rüsununun toplanılmasında baş verib. Belə ki, 2019 cu ildə 1.418.000 manat qarçl ötən il 366.500 manatlıq mehmanxana rüsumu toplanılıb. Qeyd edək ki, il ərzində 1.293.200 manat dövlət tərəfindən dotasiya ayrılıb.

Büdcə gəlirləndə digər istiqamətlərdən 491.200 manat vəsait daxil olub, umumlikdə, daşınmaz əmlakın üzərində reklam daşıyıcısının yerləşdirdiyi reklama görə 7.000 manat maliyyə vəsaiti daxil olub. Bələdiyyə mülkiyyətində olan müəssiələrdən ötən il maliyyə vəsaiti daxil olmayıb.

Onu da əlavə edək ki, əşəhərin mərkəz bələdiyyələrində azalma daha çox müşahidə olunub.

Bakı bələdiyyələri əldə etdikləri qazancın 63.5 faizini, yəni 5.716.500 manatını yerli özünidarə orqanlarının saxlanmasına, 14.9 faizini 1.344.500 manatı isə mənzil kommunal təsərrüfatı sahəsinin saxlanmasına xərcləyiblər.

 

Belediyye.info

ŞƏRHLƏR