"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Assosiasiya sədri Auropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 40-cı sessiyasının Auropa Yerli Özünüidarə Xartiyasının Monitorinqinə dair çıxış edib

--2021-06-18 / 15:39

Azərbaycanın yerli və regional hakimiyyət orqanlarını təmsil edən milli nümayəndə heyətinin üzvü, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasının sədri, M.Ə. Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynovun Auropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 40-cı sessiyasının Auropa Yerli Özünüidarə Xartiyasının Monitorinqinə dair çıxış edib. Çıxışı təqdim edirik

Hörmətli sədr, Əziz həmkarlar, burada bizim hörmətli assambleyada təkcə bələdiyyə sədri və Konqresdəki Azərbaycan nümayəndə heyətinin üzvü kimi deyil, həmçinin Assosiasiya sədri kimi çıxış etmək istəyərdim. Yerli məsələlərinin problematikası ilə məşğul olan və uzun müddət Konqres üzvü olan şəxs kimi, məruzəçilərə ayrıca təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən, bəzi məqamları istisna etsək, hesabatı normal hesab etmək olar. bildiyiniz kimi, Azərbaycan üçün nisbətən yeni bir qurum olan yerli özünüidarəetmənin formalaşması prosesi, 1995-ci ildə Konstitusiyamıza bələdiyyələrə aid bir fəslin daxil edilməsi ilə başladı. Qısa müddətdə yerli özünüidarəetmənin qurulması üçün zəruri qanunvericilik və təşkilati tədbirlər həyata keçirildi və 1999-cu ildə, Azərbaycan tarixində ilk dəfə demokratik prinsiplər əsasında bələdiyyə seçkiləri keçirildi. bu il Azərbaycanın Auropa Şurasına üzvlüyünə daxil olmasının 20 illiyi tamam olur, bu müddət ərzində yerli özünüidarəetmə sahəsində qanunvericiliyin hazırlanmasında çoxsaylı vacib addımlar atılmışdır. Ümumilikdə bələdiyyələrin təşkili və fəaliyyətinin bilavasitə nizamlanması sahəsində 20-dən çox qanun və 550-yə qədər normativ hüquqi akt Konqreslə əməkdaşlıq sahəsində «Yerli özünüidarə haqqında» Auropa Xartiyasının müddəalarına uyğun olaraq qəbul edilmişdir. Qazanılmış təcrübə, eyni zamanda qanunvericilik və instutisional islahatlar sayəsində bələdiyyələrin fəaliyyəti xeyli yaxşılaşmış, səlahiyyətləri genişlənmiş və onların işinin Xartiyaya müvafiq qurulmasında müəyyən addımlar atılmışdır, bu mənada Konqresin tövsiyə və qətnamələri yerli özünüidarəetmə sahəsində həll olunmamış məsələlərin həllində də nəzərə alınmışdır. Qeyd etmək lazımdır ki, son illərdə həyata keçirilən tədbirlər əsasən bələdiyyə qurumlarının fəaliyyətinin genişləndirilməsinə, onların xidmət keyfiyyətinin yüksəldilməsinə, yerli əhali qarşısında hesabatlılığının artırılmasına, yerli əhalinin maliyyə durumunun, o cümlədən yerli səviyyədə vergi mexanizminin yaxşılaşmasına istiqamətlənmişdir. Məruzəçilərin düzgün olaraq qeyd etdiyi kimi, bələdiyyələrdə avtomatlaşdırılmış informasiya sisteminin tətbiqi, eyni zamanda bələdiyyələrin gündəlik işində digər rəqəmsal və innovativ məsələlərin həlli son dövrün çox gözəl nailiyyətlərindəndir, bundan başqa xatırlatmaq vacibdir ki, bələdiyyələrin personalının (işçi heyətinin) təhsili də daxil olmaqla yerli özünüidarənin potensialının möhkəmləndirilməsi açıq hökümətin inkişafında, insan haqlarının müdafiəsi və korrupsiyaya qarşı mübarizədə milli fəaliyyət planının əsasını təşkil edir. Hörmətli həmkarlar, Yerli özünüidarə qurumları cəmiyyətimizdə möhkəm yer tutur və mövcud olduğu son 20 il ərzində əhəmiyyətli dərəcədə inkişaf yolu keçmişdir, biz daha çoxuna nail olmaq əzmindəyik və Konqreslə konstruktiv dialoqun davamına ümid edirik.

 

ŞƏRHLƏR