"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

MSK bələdiyyə üzvlərinin vəsiqəsini niyə vermir? CİDDİ

--2021-04-19 / 05:22

Məlum olduğu kimi, sonuncu, sayca beşinci, bələdiyyə seçkiləri 2019-cu ilin dekabrın 23-də, yeni tərkibdə bələdiyyələrin ilk iclası isə 2020-ci ilin yanvarın 15-dən başlayaraq keçirildi. Artıq bələdiyyənin ilk iclasından təxminən 435 gün keçib. Amma bu günədək bələdiyyə üzvlərinin vəsiqələri təqdim edilməyib. Və ən maraqlısı odur ki, hər hansı səbəb də göstərilməyib. İlk baxışda elə də ciddi görünməsə də əslində çox ciddi məsələ hesab edilməlidir.

Əlavə edim ki, bu günlərdə sosial media hesabım üzərindən bu mövzunu ictimailəşdirəndə onun belə əks-səda verəcəyini güman etmirdim. Çünki düşünürdüm ki, MSK belə bir addım atmaz və problemin bu qədər uzanmasına razı olmaz. Ola bilsin ki, vəsiqənin verilməməsinin əsas səbəb kimi pandomiya ilə əlaqələndirilsin. Ancaq bu real səbəb olmamalıdır. Çünki pandomiya mart ayınının birindən başlamaqla elan edilmişdir. Bu proses isə artıq yanvarda başa çatmalıydı. Bu prosesin icrası DSK-lar tərəfindən icra edildiyindən MSK-ya elə də yük düşməməli idi . MSK sadəcə nümunəni təsdiq edib göndərməliydi. Və ən qısa zamanda. Ortada bir şox cavabsız suallar olduğu halda vəsiqələrin verilməməsi:

- Birincisi vəsiqələrin səbəbsiz yerə verilməməsi bütövlükdə 15 minlik üzvü olan bələdiyyələrə qarşı hörmətsizlikdir. MSK da oturanların da yəqin xəbəri olmamış deyil ki, bu sistemin yaranması məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bələdiyyələrin fəaliyyətinin bütün fəlsəfəsini məhz mərhum prezident ilk bələdiyyə seçkiləri zamanı keçirdiyi görüşlərdə açıqlamışdır.

- İkinicisi vəsiqənin verilməməsi bələdiyyə üzvləri və sədrləri xüsusəndə pandomiyanın ən qızgın vaxtlarında tətbiq edilən karantin dövründə ciddi problemlə üz-üzə qoydu. Təsəvvür edin ki, portala ad yazılır və şəxsdən, daha doğrusu sədrdən, iş vəsiqəsi tələb olunur. Lakin vəsiqə yoxdur. Onlarca və yüzlərcə bələdiyyə sədrləri çıxılmaz vəziyyətlə üz üzə qalmışdı. Bu faktdır və bunu danmaq olmaz.

- Üçüncü maraqlı olan məqam ondadır ki, bələdiyyələrlə bağlı olan, hər zaman bələdiyyələrə “öz tövsiyələrini” verməkdə maraqlı olan RİH təmsilçiləri və digər qurumlar bu məsələnin  nəyə görə ictimailəşdirib həllinə nail olmayıblar, niyə maraq göstərməyiblər. Amma yeri gələndə “verdikləri tövsiyələr” icra edilmədikdə...

Nə isə...

Bəs qanun nə deyir:

“Bələdiyyələrə seçkilərinin qaydaları haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Maddə 43. Bələdiyyə üzvü seçilmək haqqında vəsiqə

Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilmiş nümunədə bələdiyyə üzvü seçilmək haqqında vəsiqə seçkilərin yekunları elan olunduqdan sonra 5 gün müddətində ərazi seçki komissiyası tərəfindən verilir.

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 2 iyul 1999-cu il № 699-IQ”

İnanıram ki, müfaviq rəsmi şəxslər və qurumlar bu məsələni diqqətdə saxlayıb həllinə nail olacaqlar. Beş günə verilməli olan vəsiqənin 435 gün ərzində verilməməsi, üstəlik nə vaxt veriləcəyi də məlum deyilsə, demək MSK və bu qurumla bağlı olanlar problemə ciddi yanaşıb həllinə təkan verməlidirlər. Birmənalı olaraq...

 

Vüqar Tofiqli

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri

P.S. Qarşı tərəfin fikirlərini dinləməyə və saytda yerləşdirməyə hazırıq.

ŞƏRHLƏR