"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zülfüqar Yusifov: “Bütün hallarda bələdiyyə sədrləri borcun qaytarılması üçün ciddi addımlar atmalıdır”

--2021-11-16 / 08:07

Xəbər verdiyimiz kimi, ötən iki ilə yaxın bir müddətdə Bibiheybət bələdiyyəsinin sədri 10 min manat, Gədəbəy bələdiyyəsinin sədri 25 min manat, Sahil bələdiyyəsinin sədri 38 min manat, Sabunçu bələdiyyəsinin sədri 100 min manat, Qala bələdiyyəsinin sədri 24 min manat, Vəndam bələdiyyəsinin sədri 12 min manat, Gəgəli bələdiyyəsinin sədri 10 min manat bələdiyyənin müxtəlif istiqamətlər üzrə-həm DSMF-yə, həm də əməkhaqqına olan borcunu “bağlaya” bilib. Bugün DMSF-yə bələdiyyələrin borcu 6 milyon manatadək azalsada bu ildən yenidən artması həyəcan təbili çalmağa istər istərməz bələdiyyə sistemiylə bağlı olan hər kəsi vadar edir və problemin həl edilməsi hər kəsi narahat etməldiir. Bəs yuxarıda adları çəkilən bələdiyyələr bu borcu necə qaytarıb? Ümumiyyətlə borcun olmaması üçün nə etmək lazımdır?

Məsələyə qısa və konkret şəkildə münasibət bildirən Gədəbəy Bələdiyyəsinin sədri Zülfüqar Yusifov Belediyye.infoya açıqlamasında bildirib ki, bizim də bələdiyyənin ötən illərdən yığılıb qalmış borcu 25 min manata çatırdı. Üstəlik birləşdirmə zamanaı şəhər bələdiyyəsinə birləşdirilən bələdiyyənin də borcu bizim üstümüzə yazıldı.

Hər halda bütün tərəflər bələdiyyənin borc məsələsinə ciddi yanaşmalı və məsuliyyət hissiylə onun qaytarılması və təkrarlanmaması üçün ciddi bir proqram hazırlamalıdırlar. Bizim bələdiyyədə də bələdiyyə üzvlərinin birgə fəaliyyəti, habelə sakinlər və iri vergi ödəyiciləri arasında apardıqları maarfiləndirmə işləri sayəsində borcu bağlaya bildik. Üstəlik ştat cədvəlini də aylıq əldə etdiyimiz maliyyə vəsaitinə uyğynlaşdırdıq. Nəticə də müəyyən ixtisarlar da həyata keçirmək məcburiyyətində qaldıq.

Əlavə olaraq DMSF ay ərzində ödənişin vaxtlı-vaxtında ödənilməsini təmin etdik. Hazırda əsas məqsədimiz konkret olaraq bələdiyyənin büdcə gəlirlərinin artmasına diqqəti artırmaqdır. Bununla həm şəhər ərazisində əlavə layihələri icra etməyimizə, həm də əlavə olaraq əməkhaqqlarının artmasına imkan yaranacaqdər. Bütün hallarda bələdiyyə sədrləri borcun qaytarılması üçün ciddi addımlar atmalıdır. Borcun nə vaxtsa dövlət tərəfindən silinəcəyi ehtimalı sıfıra bərabərdir. Odur ki, gərgin əmək sərf edib əvvəlki illərdə çalışmış sədrlərin məsuliyyətsizliyi və digər səbəblərdən yaranmış borcu qaytarmaq lazımdır. Bu işlərdə rayonun siyasi rəhbərlərinin dəstəyi olur və olmalıdır.

Belediyye.info

ŞƏRHLƏR