"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zirə bələdiyyəsinin inzibati binasında sahibkarlarla görüş keçirilib

--2021-12-17 / 17:48

16 dekabr 2021-ci ildə Xəzər rayonu Zirə bələdiyyəsinin inzibati binasında Zirə qəsəbə bələdiyyəsinin sədri Anar Hüseynli və Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin Xəzər rayonu üzrə nümayəndəsi Toğrul Cavadovun birgə təşəbbüsü ilə qəsəbədə fəaliyyət göstərən sahibkarla görüş keçirilmişdir.

Görüşdə məqsəd sahibkarların pandemiyadan sonra üzləşdiyi problemlərin dinlənilməsi, bu problemlərin həlli yollarının araşdırılması və aradan qaldırılmasında onlara köməklik göstərmək olub.

Görüşdə Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişaf Agentliyinin nümayəndələri, Azəriqaz İstehsalat Birliyinin nümayəndələri, Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi, Miqrasiya xidmətinin nümayəndəsi, Sahibkarlara dəstək fondunun nümayəndəsi iştirak etmişdir. Xüsusən də uzun illər Zirə qəsəbə sakinlərinin böyük əməyi sayəsində yaradılmış "Zirə pomidoru" brendinin sahibkar tərəfindən yetişdirilməsi və bu brendi bundan sonra da əldə saxlamaq ötrü dövlət dəstəyinə ehtiyac olduğunu, müəyyən proqramların yaradılmasını, subsidiyaların alınması üçün müraciətlər etmişlər.

Zirə bələdiyyəsi 

ŞƏRHLƏR