"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zirə bələdiyyəsindən qadınlara qeyri-adi təbrik

--2019-03-07 / 18:07

Xəzər rayonu Zirə bələdiyyəsi 8 Mart Beynəlxalq Qadınlar bayramı ilə əlaqədar maraqlı layihəni gerçəkləşdirmək niyyətindədir.

Bu barədə Belediyye.infoya məlumatı Zirə bələdiyyəsinin sədri Anar Hüseynli bildirib. Məlumatda bildirilir ki, bayramla əlaqədar Zirə bələdiyyəsinin istifadəsində olan 152 saylı Zirə-Mərdəkan marşrutundan bütün xanımlar ödənişsiz istifadə edə biləcəklər. Gün ərzində bələdiyyə avtobuslarının xidmətindən istifadə edən xanım sərnişinlər gedişin sayından asılı olmayaraq gediş haqqı ödəməyəcəklər. Bui barədə sədr tərəfindən irəli sürülən təklif bələdiyyə iclasında müsbət qarşılanmışdır.

Bələdiyyə bu addımla xanımları bayram günü münasibətiylə təbrik etmək niyyətindədir.

Əlavə olaraq qeyd edək ki, 2018-ci il 22 avqust Qurban bayramı ilə əlaqədar gediş haqqı ödənişsiz olması qərara alınmışdır. Bununla yanaşı 9 noyabr Bayraq bayramı günün də marşrutdan istifadə edən uşaqlara pulsuz olaraq Azərbaycan bayraqları paylanılmışdı.

Belediyye.info

ŞƏRHLƏR