"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zirə bələdiyyəsi “Şəhidlər bulağı” inşa edib

--2019-10-03 / 19:00

Xəzər rayonu Zirə bələdiyyəsinin iclaında qəbul edilmiş qərara əsasən qəsəbənin Qışlaq yaşayış massivindən olan Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Əliyev Rauf Cahan oğlu, Hüseynov Şahid Güləhməd oğlu və Balazairov Mikail Ağayusif oğlunun xatirələrinin əbədiləşdirilməsi məqsədilə “Şəhidlər bulağı” inşa etdirilmişdir.

Sakinlər tərəfindən bulağın tikilməsi müsbət qiymətləndirilmiş və şəhidlərimizin daim yaddaşlarımızda qalması və yeni nəslin vətənpərvər ruhunda böyüməsi yolunda mühüm addım olduğu bildirilmişdir.

Zirə bələdiyyəsinin bu cür fəaliyyəti bundan sonra da davam etdiriləcəkdir.

Zirə bələdiyyəsi

ŞƏRHLƏR