"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zirə bələdiyyəsi “Şəhid bulağı”nı istifadəyə verib

--2022-08-30 / 18:28

Birinci Qarabağ müharibəsi şəhidləri - Teymurov Nadir Seyidrza oğlu və Məmmədov Elbrus Veyis oğlunin əziz xatirəsinə Xəzər rayonu Zirə qəsəbəsində bulaq istifadəyə verilib.

Zirə bələdiyyəsinin maliyyə dəstəyi və bələdiyyə iclasının qərarıyla həyata keçirilən layihə çərçivəsində bulağın ətrafı abadlaşdırlmış, gecə işıqlandırma sistemi quraşdırlımışdır.

Əlavə edək ki, Teymurov Nadir Seyidrza oğlu könüllü olaraq orduya getmiş 27 dekabr 1993-cü ildə Ağdam rayonunun azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarın 1-ci maddəsinə əsasən şəhid adı verilmişdir. 1994-cü il tarixdən 231 nömrəli tam orta məkrəb Nadir Seyidrza oğlu Teymurovun adını daşıyır.

Belediyye.info

ŞƏRHLƏR