"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zirə bələdiyyəsi növbəti sosial layihəyə yekun vurub

--2021-07-29 / 17:38

Xəzər rayonu Zirə bələdiyyəsi daha bir sosial-humanitar layihəyə yekun vurub. Zirə bələdiyyəsinin yaydığı məlumata görə, 2000-ci ildə Tərtər istiqamətində atəşkəsin pozulması nəticəsində şəhid olmuş Fərmayıl Məlikov yaşadığı mənzilin girişində bələdiyyənin təşəbbüsü ilə xatirə lövhəsi vurulmuşdur. Bununla yanaşı bələdiyyə üzvlərinin və kollektivinin iştirakıyla xatirə löhvəsinin ətrafı abadlaşdırılmış səliqə-səhman yaradılmışdır.

Zirə bələdiyyəsinin bundan sonra da bu tipli layihələri icra edəcəyi bildirilir.

Beeldiyye.info

ŞƏRHLƏR