"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zirə bələdiyyəsi gördüyü işlərlə kifayətlənmir

--2019-02-01 / 11:29

Xəzər rayonu Zirə bələdiyyəsinin fəaliyyətində əsas məqsəd qəsəbənin aztəminatlı ailələrinə dəstək olmaq, qəsəbənin yaşıllaşdırılması və abadlaşdırılmasına çalışmaqdır. Vətəndaşların qəbulu, onların müraciətlərinin baxılması və həllinin təmin olunması daima diqqətimizdədir.

Bələdiyyələr özünüidarəetmə orqanı olduğu üçün, qanunla müəyyən edilmiş qaydada büdcəsi yerli vergi və ödənişlər əsasında formalaşır. Zirə bələdiyyəsi yığılan həmin məbləği qəsəbənin abadlaşdırılmasına, ekoloji vəziyyətinin yaxşılaşdırılmasına, maddi köməyə ehtiyac olan qəsəbə sakinlərinin problemlərinin həllinə yönəltməklə bir çox işlər görmüşdür.

Qəsəbədaxili küçələrin kənarlarında əkilmiş ağaclara mütəmadi olaraq qulluq edilmişdir.

 “20 Yanvar” faciəsinin iyirmi səkkinci ildönümü ilə əlaqədar bələdiyyə üzvləri tərəfindən Şəhidlər Xiyabanı” ziyarət edilmişdir.

 Bələdiyyə tərəfindən “20 Yanvar” şəhid ailəsi Əskərova Dilşad Əli qızı, “20 Yanvar” əlilləri Rzayev Elxan İslam oğlu və Məmmədov Sahib Xanəhməd oğlunun hər birinə 50 (əlli) manat məbləğində maddi yardım göstərilmiş və ərzaq köməkliyi olunmuşdur.

“Xocalı soyqrımı” hadisəsi ilə əlaqədar anım mərasimi təşkil olunmuş və “Xocalı soyqrımı” qurbanlarının xatirəsinə ucaldılmış abidə bələdiyyə qulluqçuları və üzvləri tərəfindən ziyarət edilmişdir.

“8 Mart Beynəlxalq Qadınlar günü” münasibətilə bələdiyyənin qadın kollektivi təbrik edilmişdir.

Xəzər rayonu Mərdəkan parkında 19 mart 2018-ci il tarixdə keçirilmiş ümumrayon “Novruz bayramı”nın yüksək səviyyədə keçirilməsi üçün maddi köməklik göstərilmiş və bayram tədbirində bələdiyyə nümayəndələri iştirak etmişdir.

“31 mart Azərbaycanlıların soyqırım günü” ilə əlaqədar Xəzər rayon Mərdəkan qəsəbəsində keçirilən tədbirdə Zirə bələdiyyəsindən nümayəndələr iştirak etmiş və türk əsgərinin məzarı ziyarət edilmişdir.

11 aprel 2018-ci il tarixində Prezident seçkiləri Zirə qəsəbəsində yüksək səviyyədə keçirilmişdir. 12 aprel 2018-ci il tarixində “Heydər Əliyev Mərkəzində ” keçirilmiş tədbirdə Zirə bələdiyyəsinin nümayəndələri iştirak etmişdir.

25 may 2018-ci il tarixində Mərdəkan Mədəniyyət evində Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar keçirilən tədbirdə Zirə bələdiyyə üzvləri və qulluqçuları iştirak ediblər.

15 iyun 2018-ci tarixində Zirə Eko park mədəniyyət mərkəzində Qurtuluş günü munasibətilə keçirilən tədbirdə Zirə bələdiyyəsinin üzvləri və qulluqçuları iştirak ediblər.

Bələdiyyənin sosial proqramına əsasən iyirmi yeddi nəfər qəsəbə sakininə maddi köməklik göstərilmişdir.

Qəsəbə sakinlərinin müraciəti əsasında qəsəbədəki iki avtobus dayanacaqı təmir olunaraq rəglənmişdir. Qəsəbədəki digər avtobus dayanacaqları da rənglənmiş və həmin dayanacaqların oturacaqları təmir olunmuşdur.

Qəsəbədaxili küçələrin kənarlarında əkilmiş ağaclar bələdiyyə tərəfindən su alınaraq suvarılmışdır.

Azərbaycan Xalq Cumhuriyyətinin yaradılmasında fəal iştirak edən Zirə qəsəbə sakini olmuş Mirzə Bala Məhəmməd­zadənin adının qəsəbədəki Cəlal Əliyev küçəsindən Şühəda məscidinə gedən küçəyə verilməsi üçün müraciət olunmuşdur. Mirzə Bala Məhəmməd­zadənin adı verildikdən sonra həmin küçənin qarşısında onun barelyefinin tikintisinə başlanmışdır.

18 aprel 2017-ci il tarixində qəsəbədə yeni açılmış qəbristanlıq əhalinin istifadəsinə verilmişdir.

Qəsəbənin Ağamalıoğlu küçəsinin yol kənarı bardyurları rənglənmişdir.

Azərbaycan Respuplikasının 100-illiyi yübileyi munasitilə bələdiyyə işçiləri mükafatlandırılmışdır.

07.07.2018-ci il tarixində bələdiyyə tərəfindən “Karsan” markalı 2 ədəd sərnişindaşıma avtobusları respublikada ilk dəfə olaraq 152 nömrəli Zirə-Mərdəkan marşrut xəttində istifadəyə verildi.

Zirə bələdiyyəsinin hesabına Qarabağ şəhidi Teymurov Nadir Seyidrza oğlunun qəbir daşı ağ mərmər daş ilə əvəz olunaraq tamamilə yenidən qurulmuşdur.

20 Yanvar şəhidi Nüsrət Yaqubovun 120 saylı orta məktəbdə yerləşən büstündə cari təmir işləri aparılmışdır.

Yetim uşaqların təhsili, salamığı və tərbiyəsi ilə bağlı layihələrin həyata keçirilməsi ilə bağlı Azərbaycan Uşaq Fonduna 200 manat məbləğində köməklik olunmuşdur.

22.08.2018-ci il tarixində Qurban bayramı ilə əlaqədar 60 sakinə 1,5 kq Qurban əti paylanılmışdır.

Mərdəkan Mədəniyyət evində “Ailə Akademiyası” adı altında keçirilmiş tədbirdə Zirə bələdiyyə üzvləri və qulluqçuları iştirak ediblər.

20.09.2018-ci il tarixdə Aşura günü ilə əlaqədar 152 saylı marşrut xəttinin avtobusları sərnişinlərə pulsuz xidmət göstərmişdi.

Zirə qəsəbəsi Eko parkda dindarlarla görüş keçirilmişdir.

Zirə qəsəbə sakini olmuş və Qarabağ müharibəsində şəhid olan Ziya Ağayevin yarasız vəziyyətə düşmüş xatirə bulağı bərpa olunmuşdur.

Şəhidlərin xatirələrinin əbədiləşdirilməsi məqsədilə qəsəbədə şəhidlər bulağı tikilərək Zirə sakinlərinin istifadəsinə verilmişdir.

9 noyabr Dövlət bayrağı günü məktəbli uşaqlara Azərbaycan Respublikasının bayraqları paylanmışdır.

Zirə qəsəbəsinin “Qışlaq” yaşayış massivində yerləşən 122 saylı orta məktəbin ətrafına 3000 kv.m. sahəyə yığılan yağış və qrunt sularının qarşısının alınması üçün 120 kub metr daş tozu alınaraq məktəbin ətrafına texnika vasitəsilə yaydırılmışdır.

Zirə bələdiyyəsi ilə birlikdə “Qadın sahibkarlığı” adı altında BMT-nin tədbiri keçirilmişdir. Tədbirdə qadınların sahibkarlıqla məşğul olmalarına köməklik və qadınların sahibkarlığa marağının artırılması barədə maarifləndirmə tədbirləri görülmüşdür.

         Zirə bələdiyyəsi üzrə vergi ödəyicilərinin uçotunun dəqiqləşdirilib qeydiyyata alınması davam etdirilir. Zirə qəsəbə sakinləri ilə görüş təşkil olunaraq onlara 2018-cı ilin 1 ili ərzində görülən işlər, büdcəyə daxilolmalar və xərclər barədə hesabat verilmişdir.

Zirə bələdiyyəsinə müxtəlif idarə və təşkilatlardan 2018-ci ilin 1 il ərzində 52 məktub daxil olmuş və 146 məktub göndərilmişdir. Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 8 Sərəncamı daxil olmuş və icra olunmuşdur.                         25 nəfər vətəndaş isə yazılı və şifahi müraciət etmişdir. Qəsəbə sakinlərinə 57 arayış verilmiş və 13 daxili əmr yazılmışdır. 4 telefonoqramma qəbul edilmişdir.

Zirə bələdiyyəsinə daxil olmuş məktub və müraciətlərə vaxtında baxılmış və qanunvericiliyə uyğun şəkildə cavablandırılmışdır.

2018-ci ilin altı ayı ərzində bələdiyyə üzvləri ilə 14 iclas keçirilmişdir. Həmin iclaslarda müxtəlif məsələlər müzakirə edilərək hər biri haqqında müvafiq qərar qəbul edilmiş və icra olunmuşdur.

Zirə bələdiyyəsinin 01.01.2018-ci ilə büdcə qalığı 6095 manat 54 qəpik olmuşdur. 2018-ci ilin 1 il ərzində bələdiyyə büdcəsinə 53.254.31 qəpik vəsait daxil olmuşdur.

Gəlirlər

Bunun 34829 manat 11 qəpiyi torpaq vergisi, 7775 manat 20 qəpiyi əmlak vergisi, dotasiya 2850 manat, 7800 manatını isə icarə haqqı təşkil etmişdir.

Xərclər

 Hesabat dövründə daxil olmuş vəsait bələdiyyə qulluqçularının əmək haqqına 18233 manat 77 qəpik, mükafata 1600 manat, 22% DSMF-na 4396 manat 17 qəpik, dəftərxana və təsərüffat xərclərinə 1450 manat 63 qəpik, abadlığa 14944 manat, inventara 600 manat, maddi yardıma 3550 manat xərclənmişdir. Cəmi xərclər 53761 manat.

         01.01.2019-ci ilə qalıq 5588 manat 03 qəpik olmuşdur.  

Zirə bələdiyyəsi gördüyü işlərlə kifayətlənmir, qəsəbənin daha da abadlaşması üçün daha mütəşəkkil işləməyi öz öhdəsinə götürərək onun icrasını layiqincə həyata keçirilməsini öz qarşısına məqsəd olaraq qoymuşdur.

 

Anar Hüseynli  

 Xəzər rayonu Zirə bələdiyyəsinin sədri

 

 

 

ŞƏRHLƏR