"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zirə bələdiyyəsi də Koronavirusla Mübarizəyə Dəstək Fonduna maliyyə vəsaiti köçürüb

--2020-04-06 / 14:07

Xəzər rayonu Zirə bələdiyyəsinin sədri Anar Hüseynlinin təşəbbüsü ilə, bələdiyyənin ilk dəfə keçirilən onlayn iclasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna 500 manat həcmində ianə edilməsi qərara alınıb. Bununla bağlı məlumatı Belediyye.infoya özü verib.

Sədrin sözlərinə görə, bələdiyyə bu nəcib təşəbbüsə qoşularaq fonda keçirməyi qərara aldı. Bundan əvvəl isə pandemiya ilə mübarizə çərçivəsində qəsəbədə dzinfeksiya işlərində, habelə Ümumdünya Səhiyyə Təşkilatı koronavirus təhlükəsi ilə əlaqədar "Evdə qal, həyatları xilas et!" çağırışı ilə 65 yaşlı insanlara qayğı və diqqətin göstərilməsi təşəbbüsünə qoşularaq yaxından iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Belediyye.info

ŞƏRHLƏR