"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zirə bələdiyyəsi bayram günü daha bir layihəyə start verib

--2019-08-13 / 17:14

Xəzər rayonu Zirə bələdiyyəsi tərəfindən  Qurban bayramı günlərində qəsəbənin 72 nəfər aztəminatlı, ahıl sakinlərinə, o cümlədən şəhid ailələrinə “Qurban payı” paylanılıb. Hər il olduğu kimi Zirə bələdiyyəsi sədrinin təklifi və bələdiyyə iclasının qərarıyla bu addımı atıb.

Bununla yanaşı bayram günlərində bu yaxınlarda yeni təşkil edilən 152 nömrəli müntəzəm marşrut xətti ilə Zirə və Mərdəkan qəsəbəsində hərəkət edən avtobuslar da pulsuz sakinlərə xidmət göstərib. Bu barədə də qərarı  Zirə bələdiyyəsi verib

Qeyd edək ki, marşrut xətti üzrə sərnişindaşıma mövcud tələblərə cavab verən iki ədəd müasir və komfortlu avtobus vasitəsilə həyata keçirilir.

Belediyye.info

ŞƏRHLƏR