"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zirə bələdiyyəsi 130 aztəminatlı ailəyə “Qurban payı” paylayıb

--2020-08-02 / 14:18

Xəzər rayonu Zirə bələdiyyəsinin yaydığı məlumata görə, Xəzər Rayon İcra Hakimiyyətinin təşəbbüsü  və  bələdiyyə iclasının qərarıyla rayon bələdiyyəsi bu gün 130 şəhid, əlil, imkansız rayon sakininə “Qurban payı” paylayıb.

Bununla yanaşı bələdiyyə hərəkət məhdudiyyəti olan, habelə yaşlı ahıl insanlara “Qurban” payını evlərinə çatdırıblar.

Bələdiyyədən verilən məlumata görə, bələdiyyə bütün bayramlarda bələdiyyəninin inzibati ərazisində qeydə alınan aztəminatlı ailələrə diqqətdə saxlayır.

Belediyye.info

ŞƏRHLƏR