"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zığ bələdiyyəsində sədr dəyişikliyi baş verib

--2020-02-22 / 17:02

Suraxanı rayonu Zığ bələdiyyəsində sədr dəyişkiliyi baş verib. Yeni tərkibdə seçilən Vüsalə Əlməmmədli vəzifəsini tərk edib. Bələdiyyə iclasında sədrin istefası qəbul edilib və bələdiyyənin sədr müavini Emil Quliyev yekdiliklə yeni sədr seçilib.

Qeyd edək digər müavin Abdulla Məmmədovdur.

Xatırladaq ki, Zığ bələdiyyənin 13 nəfər üzvü var. Bundan əvvəl isə sədr vəzifəsində çalışan Kənan Nəsrullayevin yarıtmaz fəaliyyəti nəticəsində hazırda bələdiyyənin kifayət qədər borcu olduğu deyilir.

Qeyd edək ki, Vüsalə Əliməmmədlinin hansı səbəbdən işdən çıxması haqqında məlumat verilmir.

P.S. Mövzunu diqqətdə saxlayacağıq.

 

ŞƏRHLƏR