"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zığ bələdiyyəsi “Təmizlik ayı”na start verib

--2016-06-25 / 20:58

Suraxanı rayon Zığ bələdiyyəsinin yaydığı məlumata görə, son günlər ərazidə bir sıra ciddi layihələrə imza atıb.

Bələdiyyə Zığ qəsəbəsi M.Ə.Sabir küçəsinin problemli hissələrinə asfalt salaraq əhalinin istifadəsinə verib. Artıq əhalinin və avtomobillərin gedişi üçün müəyyən rahatlıq yaranıb.

Bundan əvvəl isə bələdiyyə  iclasının qərarıyla qəsəbədə “Təmizlik ayı” elan edilib.  İlk olaraq İdris Süleymanov küçəsində sahibsiz zibil tullantıları daşınaraq ərazidə səliqə səhman yaradılıb. Bununla yanaşı bələdiyyə qulluqçuları  əhali arasında maarifləndirmə işləri apararaq, həm yerli vergilərin vaxtında verilməsi, həmdə sakinlərə “Təmizlik ayı”nın keçirilməsinin məqsədi açıqlanaraq və onları  təmizliyə riayət etmələri izah edilib.

Bələdiyyə iclasının qərarına görə, bu təmizliyə riayət etməyən sakinlərə qarşı cərimə tətbiq edilə bilər.

Bələdiyyədən bildiriblər ki, hələlik cərimənin həcmi müəyyən edilməsə də gələcəkdə belə bir addım atıla bilər.

Belediyye.info

ŞƏRHLƏR