"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Zibil pulu” niyə nağd yığılır? REPLİKA

--2020-07-04 / 19:36

Karantin günlərində “Jek” işçilərinin qap-qapı düşüb “zibil” pulunun yığması adi hala çevrilib. Fevral-mart aylarında intensiv şəkildə başlasalarda karatin günlərində bir qədər ara verib iyun ayından təkrar qapıları döyməyə başlayıblar. Əslində burda pis bir məqam yoxdur. “Jek” əməkdaşları öz vəzifələrini icra edirlər. Bu gün bələdiyyə müfəttişləri də qapı-qapı düşüb bidirişləri paylayırlar. Olsun, belə də olmalıdır. Qanun qəbul edilibsə,vergi verməliyiksə, demək onu da vaxtında ödəməliyik. Məhz ödədiyimiz vergilərdə sonda özümüzə qayıdır, bizim problemlərimizin həllinə yönəldilir, daha doğrusu yönəldilməlidir.

Sözüm yenə onda deyil. Sözüm ondadır ki, nədən bu sahədə mövcud olan neqativ halların qarşının alınması üçün addımlar atılmır. Ölkə başçısı hələ 2014-cü ilin sonlarında bələdiyyələrdə nəğdsiz ödənişlərin qəbulu ilə bağlı sərəncam imzaladı. 2015-ci ilin yanvarından bütün yerli vergi və ödənişlər poçt, bank və onlayn şəkildə ödənilir.  

Bununla ölkə başçısının bir sərəncamıyla bələdiyyələrə qarşı yönələn neqativ iddialara son qoyulmuş oldu. Bu gün artıq onlayn şəkildə hər kəs hətta mobil telefonu vasitəsiylə ödənişlərini edir. Bu həmdə biz vergi ödəyicilərinin rahatlığı deməkdir.

Sual olunur belə olan halda paytaxtın Mənzil-Kommunal Təsərrüfatı sistemində “zibil pulu”nun nəğdsiz şəkildə ödənilməsinə nə vaxt başlanılacaqdır. Nəyi gözləyirik? Bunun üçün DTX-nın gəlişimi lazımdır.

Bu gün vergilərin nəğd şəkildə ödənişinə şəxsən mən razı deyiləm. Çünki verdiyim pulun necə, nə nə cür xərcləndiyinə və ya həqiqətənmi təyinatı üzrə xərcləndiyi barədə şübhəm olduğuna görə nəğd şəkildə ödəmək fikrində də deyiləm. Verilən qəbzlərin məhv edillərək, yenidən hazırlanmayacağına kim zəmanət verə bilər. Heç kim...

Nəğdsiz ödənişlərdə isə “maxinasiya” hallarına yol verilməsi çətin və mürəkkəb olduğundan heç bir məmur buna getmir və heç istəsədə gedə bilmir, çünki ciddi nəzarət vardır.

Belə çıxır ki, elə məmurlar özləri “zibil pulu”nun nəğd şəkildə yığımına maraqlıdırlar. Bununla nəğd şəkildə əldə olunan maliyyə vəsaitiylə onlar bir növ icra başçılarının “çöldən-çölə” olan gözlənilməz tapşırıqlarını yola vermiş olurlar. Amma nəzərə almaq lazımdır ki, bu sahədə şəffaflığın təmin edilməsinin vaxtı çatıb.

Müvafiq orqan rəhbərlərindən xahiş edirəm: “zibil pulları”nın nəgdsiz ödənişini həyata keçirin. Bu günün tələbidir.

Vüqar Tofiqli

Belediyye.info saytının təsisçisi

ŞƏRHLƏR