"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zəbt edilmiş torpaqlarla bağlı növbəti monitorinq Soyuqbulaq kəndində keçirilib

--2022-09-21 / 19:40

Azərbaycan Prezidenti İlham Əliyevin torpaqlardan istifadəyə nəzarətin gücləndirilməsi, torpaq sahələrinin, xüsusilə də kənd təsərrüfatı torpaqlarının təyinatı üzrə istifadəsi, bu sahədə aşkar edilən pozuntulara qarşı mübarizə aparılması ilə bağlı tapşırıqlarına və qanunvericiliyə uyğun olaraq Cəlilabad Rayon İcra Hakimiyyəti ciddi araşdırma işləri apararaq zəruri tədbirlərin həyata keçirilməsi işini sürətlə davam etdirir. Bununla bağlı Cəlilabad RİH-in yaydığı məlumata görə, zəbt edilmiş torpaqlarla bağlı növbəti monitorinq Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının Ağdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində həyata keçirilmişdir.

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini Nazim Şükürov, rayon polis şöbəsinin əməkdaşları və digər səlahiyyətli şəxslər tərəfindən Ağdaş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisinə aid olan Soyuqbulaq kəndində Məmmədov Seyfəddin Qurbanəli oğlunun bələdiyyə torpaqlarından zəbt etdiyi 3,70 hektar torpaq sahəsi və gölün ərazisi zəbtdən azad edilərək kənd əhalisinin istifadəsinə verilmişdir.

Qeyd edək ki, aparılacaq monitorinqlər zamanı qanunsuz olaraq istifadə edilən zəbt torpaq sahələrinin yenidən icarə müqaviləsi əsasında şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına və digər şəxslərə verilməsi nəzərdə tutulmuşdur.

P.S. Cəlilabad rayonu Ağdaş bələdiyyəsinin sədri  Asəf İsmayılov bununla bağlı RİH başçısına növbəti müraciəti paylaşıb.

Belediyye.info   

https://www.youtube.com/watch?v=mbsjXVJuG3o

 

ŞƏRHLƏR