"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zaqatala rayonun Muxax kəndində daha bir layihə icra edilir

--2017-04-21 / 19:54

Zaqatala rayonun Muxax bələdiyyəsi 2017-ci ildə bələdiyyə iclasının qərarı ilə təsdiq edilmiş tədbirlər proqramının icrası və vətəndaşların müraciətləri əsas götürülməklə növbəti layihənin icrasına başlayıb.

Bu barədə məlumatı adıçəkilən bələdiyyənin sədri V. Abdullayev verib.  

Valeh Abdullayevin verdiyi məlumata görə,  ərazidə mərkəzi yol ilə kəndarası yolların kəsişdiyi yollara su keçidi üçün azbest borularının maşın və mexanizmlərinin köməyi ilə yerləşdirilməyə başlayıb.

 Bu məqsədlə 12 ədəd 6 metr uzunluğunda boru alınmış hazırda həmin borular bələdiyyə rəsmilərinin iştirakıyla daha vacib olan lazımi yerlərə qoyulur.

Bələdiyyə sədrinin sözlərinə görə,  2017-ci il ərzində ərazidə nəzərdə tutulan görüləsi işlərimiz çoxdur.Təsdiq edilmiş tədbirlər proqramına əsasən 2017-ci ilin sonuna qədər nəzərdə tutulan bütün layihələri həyata keçirəcəyik.

Belediyye.info

ŞƏRHLƏR