"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ZAQATALA RAYONU MUXAX BƏLƏDİYYƏSİNİN 2022-CI ILIN I-ci YARIMILLIYINDƏKI FƏALİYYƏTİ BARƏDƏ HESABATI

--2022-07-12 / 10:25

ZAQATALA RAYONU MUXAX BƏLƏDİYYƏSİNİN 2022-CI ILIN I-ci YARIMILLIYINDƏKI FƏALİYYƏTİ BARƏDƏ HESABATI

Muxax bələdiyyəsinin 08 iyul 2022-ci il tarixli 12 saylı iclasında müzakirə olunaraq təsdiq edilib

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə müvafiq olaraq, MUXAX bələdiyyəsi 2022-ci ilin birinci yarısında gördüyü işlər barədə hesabatı ictimaiyyətə təqdim edilir.

Bildiyiniz kimi, 1999-cu ildə ilk bələdiyyə seçkilərindən sonra respublikamızda yerli demokratiya və özünüdarəetmə orqanlarının inkişafı sahəsində olduqca önəmli işlər görülmüşdür. Bələdiyyələrin fəaliyyətinin müasir tələblər səviyyəsində qurulmasına, onların iqtisadi resurslarından səmərəli istifadə olunması və yerli əhəmiyyətli məsələlərin həllində rolunun artırılmasına xüsusi diqqət yetirilmişdir.

Bələdiyyələrin qarşısında duran əsas vəzifə ictimaiyyət arasında olan nüfuzunu artırmaqla seçiciləri narahat edən məsələlərin vaxtında həll edilməsi, regionun sosial-iqtisadi inkişafında fəal iştirak etməkdən ibarətdir.

Azərbaycan Respublikası Prezdenti İlham Əliyevin sistemli düşünülmüş və qətiyyətli sosial-iqtisadi siyasəti ölkənin davamlı inkişaf etdirmək bacarığı regiyonların inkişafına göstərdiyi diqqət ötən illərdə olduğu kimi qarşıdakı illərdədə Dövlət proqramlarından irəli gələn vəzifələrin vaxtında və yüksək səviyyədə yerinə yetirilməsini və bölgələrin tarazlı inkişafını təmin edəcəkdir.

Muxax Bələdiyyəsi öz işində Azərbaycan Respublikası Prezidentinin bələdiyyələrlə bağlı imzaladığı fərman və sərəncamlardan, Milli Məclisin yerli özünüidarə ilə əlaqədar qəbul etdiyi qərar və qanunlardan,Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş Mərkəzinin, Şəki Regional Ədliyyə İdarəsinin təklif və tövsiyyələrindən,bələdiyyənin öz Nizamnaməsindən irəli gələn vəzifələri, eləcə də bələdiyyə iclasları tərəfindən qəbul edilmiş qərarları,həmçinin Zaqatala rayon icra Hakimiyyətinin tövsiyyələrini rəhbər tutaraq fəaliyyətini qurur.

Bələdiyyə olaraq fəaliyyətimizi əsasən quruculuq-abadlıq, bələdiyyə ərazisində səliqə-sahman işlərinə yönəldirik. Muxax Bələdiyyəsi Muxax və Zəyəm ərazi nümayəndəliklərin ərazisini əhatə edir. Biz hər iki nümayəndəliklə birlikdə sıx əməkdaşlıq şəraitində, qarşılıqlı koordinasiya mühitində fəaliyyətimizi həyata keciririk.

6 ay ərzində bələdiyyəyə vətəndaşlar tərəfindən 31 ədəd ərizə daxil olmuşdur. Müraciətlərin əksəriyyəti maddi yardım və mülkiyyətə torpaq sahəsinin ayrılması ilə bağlı olmuşdur.

Müraciət edənlərin əksəriyyətinin torpaqdan başqa digər xahişi əsasən həll edilmişdir.Həyətyanı torpağın verilməsi bələdiyyəyə elektron xəritələr təhvil verildikdən sonra həyata kecirilməsi nəzərdə tutulmuşdur.

6 ay ərzində 26 nəfər vətəndaşımız bələdiyyə sədri tərəfindən qəbul edilmişdir. Qəbulda irəli sürülən müxtəlif şifahi müraciətlərin əksəriyyəti komissiyalar,bələdiyyə qulluqcuları tərəfindən araşdırılaraq həllini tapmış həlli mümkünsün olan müraciətlər isə əlaqədar qurumlara yönəldilmişdir.

6 ay ərzində bələdiyyəyə rəsmi orqanlardan 65 ədəd sənəd daxil olmuşdur.Sənədlərə operativ baxılaraq, müvafiq cavablar hazırlanmış və aiddiatı üzrə vaxtında tərəfimizdən cavab verilməsi təmin edilmişdir.

Bələdiyyədə 2022-ci ilin 6 ayı ərzində kargüzarlıq işləri “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”Azərbaycan Respublikasının qanununa uyğun qayadada qurulmuşdur.Vətəndaşların ərizə və şikayətlərinə

vaxtında baxılmaqla nöqsan və catışmamazlıqları aradan qaldırmaq üçün bir sıra zəruri olan tədbirlər müəyyənləşdirilmiş və həyata kecirilmişdir.Hamımız yaxşı bilirik ki,bələdiyyə öz büdcəsini əsas ehtibari ilə torpaq və əmlak vergilərindən, mülkiyyətində olan torpaqların satılması və icarəyə verilməsi yolu ilə formalaşdırır.

2022-ci ilin I yarımilliyində bələdiyyənin 10 iclası olub. İclasların gündəliyinə 44 məsələ daxil edilib və müvafiq qərarlar qəbul olunub. Bundan başqa, iclaslarda sakinləri narahat edən bir sıra cari məsələlər müzakirə edilib, komissiyaların rəy və təklifləri, arayışları dinlənilib.İclaslarda qəbul edilən qərarların icrası təmin edilmişdir.

Maliyyə imkanlarımız əsasında 2022-cü ilin 6 ayı ərzində bələdiyyə ərazisində aşağıda qeyd olunan işlərin görülməsini təmin etmişik.

-Ərazidə olan Şəhid ailələri,Qarabağ qaziləri daim diqqətdə saxlanılır,onlara bələdiyyə tərəfindən mütamadi olaraq yardımlar edilir,onların problemlərinin vaxtında həlli istiqamətində işlər görülür,bundan sonra da onlara edilən diqqət və qayğımız daha da artırılacaqdır.

-Bələdiyyə ərazisində olan ara yollarına cınqıl daşınaraq təmir işləri aparılmışdır.Yollarda lazım olan yerlərə su keçidi arxlarına borular alınaraq qoyulmuşdur.

-Əhaliyə icməli su verilişi üçün ərazidə olan subarteziyanın yanına su cənləri altlıq hissəsi tikilərək qoyulmuşdur.Hal-hazırda həmin cənlərdən vətəndaşlarımıza icməli su verilişi həyata keçirilir.

-Ramazan bayramı qabağı tək-kimsəsiz cətin dolanan ailələrə maddi yardımlar edilmişdir.

-Kəndin Mərkəzi yol kənarında olan qurumuş ağacların kəsilməsi,yol zolağına manecilik törədən ağacların budaqlarının budanması işləri görülmüşdür.(həmin iş Ekologiya idarəsindən alınmış razılıq aktı əsasında həyata kecirilmişdir.)

-Zaqatala Hava Limanının yuxarı hissəsində daimi istifadədə olan yolun su kecidi hissəsinə azbes boru qoyulması təmin edilmişdir.

-İmamqulu yaşayış sahəsində yeni transfarmator qoyulan kücəyə su kecidi üçün boru qoyulmuşdur.

01-01-2022 –ci il tarixə qalıq-3861.76 manat olmuşdur

GƏLİRLƏR manat

Torpaq satışından 7621.00

Torpaq vergisi 6413.27

Əmlak vergisi 2317.88

Torpaq icarəsi 9528.06

Fındıq satışından 406.50

Maliyyə sanksiyası 100.00

Sənədləşmə üçün 4672.00

Gəlirlərin cəmi 31058.71

XƏRCLƏR

İşcilərə əmək haqqına 16043.66

DSMF-na ödənib 3237.99

İcbari Tibbi sığorta 86.62

İşsizlik sığortası 62.19

Dəftərxana ləvazimatı 461.00

Silahlı qüvvələrə 300.00

Maddi yardım tək kimsəsiz,şəhid ailələri 1870.00

Abunə üçün 451.40

Rabitə xidməti-internet 269.89

Yolların təmirinə və xidmət haqqına tutulmalat 2458.79

Yollarda su kecidlərinə borular alınaraq qoyulmasına 1310.00

Şəhid bulağına işciyə xidmət haqqı 727.50

Mədəni kütləvi tədbirlərə 1510.00

DƏDRX-nə sənədləçmə və hərrac üçün köcürülüb 1873.56

Bank xidmətinə 269.91

Elektirik enerji sərfiyyatı 172.72

Azərpoçt MMC-yə ödənilib müqaviləyə əsasən 901.16

Kənd Bələdiyyələri Milli Assosasiyasına üzvülük haqqı 180.00

Yer quruluşu kadastr müsabiqə hərrac xərcləri 322.44

Yanacaq alınıb 100.00

Yolların işıqlandırılmasına elektirik xərci 305.18

Digər xərclər 1400.00

Xərclərin cəmi 34314.01

01-07-2022-ci il tarixə 606.46 manat xərclənməmiş vəsait qalmışdır.

Bələdiyyələr inkişaf etdikcə onların təməlini təşkil edən demokratik prinsiplər də inkişaf edir möhkəmlənir. Gənc Bələdiyyə üzvülərimiz seçicilərin məsuliyyətlərini daha dərindən dərk edir,onlara qanunvericiklə verlmiş səlahiyyətlərdən daha dolğun istifadə etməyə calışırlar.Bələdiyyə üzvlərimiz nəinki sosial-iqtisadi məsələlərin həllində eləcədə bələdiyyənin iş üslubunun,forma və metodlarının təhkimləşdirilməsi prosesesində də fəallıq göstərirlər. Bələdiyyənin fəaliyyəti, strukturu və iş prinsiplərində şəffaflıq və hesabatlılıq vardır. Muxax Bələdiyyəsinin işi barədə istənilən şəxs bələdiyyənin rəsmi (facebook) internet səhifəsindən və dolğun məlumat ala bilər.Bir məsələni də nəzərinizə catdırıram ki,Azərbaycanda bəlkə də ilk bələdiyyələrdəndir ki,2015-ci ildən bələdiyyəmiz sosial şəbəkələrdə aktiv fəaliyyət göstərir.Bundan başqa bələdiyyənin elektron poçt ünvanı da var ki,daimə fəaliyyət göstərir.Bələdiyyə olaraq biz bələdiyyə xəbərləri (bələdiyyə info) saytı ilə də əlaqəli işləməklə ərazidə olan görülən işləri maliyyə hüsabatlarımızı da işıqlandırırıq, həm də lazım olan bələdiyyələrə qanunvericiliyə aid olan digər məlumatları ala bilirik.

Bundan başqa bələdiyyə məlumat lövhəsində gündəlik məlumatlarla,xəbərlərlə tanış ola bilərsiniz.Biz gənc bələdiyyə üzvləri olaraq hər bir şərait yaradırıq ki, bələdiyyə vətəndaş yaxınlığı yaradılsın,bələdiyyədə aşkarlıq,şəffaflıq təmin edilməsinə calışırıq.

Bütün bu sadaladıqlarımla yanaşı hələ də bələdiyyə ərazisində görə bilmədiyimiz işlər,həllini gözləyən problemlərimiz qalmaqdadır.Fürsətdən istifadə edərək bütün kənd sakinlərinə müraciət edirəm ki, bələdiyyəyə olan vergi borclarını təcili ödəsinlər.Vergiləri ödəməklə vətəndaşlar bələdiyyənin maliyyə durumunun yaxşılaşdırılmasına və kənddə abadlıq işlərinin genişləndirilməsinə kömək etmiş olarlar.

Eyni zamanda kənd sakinlərinin öhdəsinə düşən bir məsələni də qeyd etmək istərdim. Bəzi sakinlər ərazidə yaşadıqlarını unudaraq həyətyanı sahələrindən çıxan tullantıları, söküntü çıxarlarını, xarab olmuş məişət cihazlarını və s. küçəyə, darvazalarının yanına atırlar. Mişar daşını, çınqıl, qraviy, qum, müxtəlif növ boruları, digər lazımsız metalları çıxarıb küçəyə atırlar və bəzən də onların yanını metal torla bağlayırlar. Bütün bunlar həmin küçələrdə abadlıq işləri apararkən texnikanın hərəkətinə ciddi maneçilik törədir.Bəziləri həyətlərinin qarşısında bitən alaq otlarını, kolları,arxları təmizləmirlər və həmin yerlər bir müddət sonra zibilliyə çevrilir və yağışlar yağıb sellər olan zamanı bildiyiniz kimi problemlərlə üzləşirik.

Vətəndaşların bələdiyyəyə ötən illərdən icarə,pay torpağından olan və əmlak vergi borcları var.Bu gün bizim üçün vergi borclarının toplanması ən vacib məsələlərdən biridir.Ona görə də biz calışırıq ki, əhali ilə aramızda narazılıq yaratmadan müvafiq qaydada vergi toplanmasına nail olaq.Şükürlər olsun ki bu işləri də qismən də olsa səhmanla yoluna qoya bilirik.Çox təəssüflər olsun ki,yenə də aparılan marifləndirmə işlərinə baxmayaraq hələ də vergilərin ödənilməsindən yayınan vergi ödəyicilərimiz var.Onlara bir daha xəbərdarlıq edirik ki,vergilərini ödəməkdən heç vaxt yayına bilməyəcəklər onlar bizi başa düşmədiklərinə görə də biz də məcburiyyət qarşısında qalaraq qanunvericiliyə müvafiq tədbirlər görmək məcburiyətindəyik.Maliyyə hesabatından da bunu görmək mümkündür.6 ayın yekunlarına dair proqnoz büdcəmiz kəsirlə yerinə yetieilmişdir.Bildiyiniz kimi Yerli (Bələdiyyə) Vergi və Ödənişlərinin Avtomatlaşdırılmış Məlumat Sisteminin istifadəyə verilməsindən sonra bələdiyyə ərazisində olan bütün vergi ödəyiçilərimiz həmin bazaya daxil edilmişdir.Bu sistem bizə imkan verdi ki,vergiləri qısa müddət ərzində hesablanmasını həyata keçirək.Bir məsələni də Siz vergi ödəyiçilərinə bildirmək istəyirəm ki, vergiləriniz barədə məlumatı bələdiyyəyə müraciət etməklə və bələdiyyə vergi xidmətinə müraciət etmədən də borclarınızı “Azərpoçt” MMC-nin poçt şöbəsindəki bələdiyyəmizin hesabına rahatlıqla ödəyə bilərsiniz.Məlumat üçün Sizə bildirim ki,aktiv vergi ödəyicilərimizin çoxu hec bələdiyyəyə gəlmədən vergi borclarını poçta müarciət etməklə rahatlıqla ödəyirlər.

Bu barədə vətəndaşlara dəfələrlə xəbərdarlıq etmişik. İstəməzdik ki, belələri haqqında inzibati tədbirlər görülsün.

Hesab edirik ki, bələdiyyə üzvlərimizin, ziyalıların və bütün kənd əhalisinin köməkliyi ilə biz yaxın vaxtlarda bu cür məsələlərin də həllinə nail olacağıq.

Doğrudur, bu gün problemlər mövcuddur. Lakin Sizi əmin edirik ki, yaxın vaxtlarda sizlərin köməkliyi ilə bələdiyyə mövcud problemlərin həllinin öhdəsindən gələcək və eyni zamanda bələdiyyəmiz kəndimizin sosial-iqtisadi inkişafında fəal iştirak edəcəkdir.

Bələdiyyəmiz bundan sonra da nəyinki rayon səviyyəsində, Respublika səviyyəsində sayılıb seçilən bələdiyyələrdən biri olacaqdır.

Mən şübhə etmirəm ki, bundan sonrakı illərdə də Muxax bələdiyyəsi uğurla inkişaf edəcəkdir. Bizim bütün nəzərdə tutduğumuz planlarımız həyata keçiriləcəkdir. Secicilərimizə söz verdiyimiz bir dənə də yerinə yetirilməyən vədimiz olmayacaqdır. Bu gün Muxax bələdiyyəsinin reallıqları onu göstərir ki, biz düzgün yoldayıq. Bu yolla Allah imkan verərsə Sizin köməkliyinizlə uğurla gedəcəyik.

Elvin Yusubov

Zakatala rayonu Muxax bələdiyyəsinin sədri

ŞƏRHLƏR