"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zakatala rayonu Muxax bələdiyyəsi HESABAT VERİR

--2022-01-16 / 08:45

     Zaqatala rayonu Muxax bələdiyyəsi tərəfindən 2021-ci il ərzində görülmüş işlər haqqında,o cümlədən yerli büdcəyə daxil olan maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında

       Hesabat “11” yanvar 2022-ci il atrixdə Muxax bələdiyyəsi üzvlərinin 1 nömrəli iclasında təsdiq edilib

 

                                           H E S A B A T

Bələdiyyələrin qarşısında duran əsas vəzifə ictimaiyyət arasında olan nüfuzunu artırmaqla seçiciləri narahat edən məsələlərin vaxtında həll edilməsi, regionların sosial-iqtisadi inkişafında fəal iştirak etməkdən ibarətdir.

2021-ci il bütün dünyada o cümlədən ölkəmizdə Covid-19-a qarşı mübarizə tədbirləri aparmış,bu gün də bu mübarizə karantin qaydaları ərazimiadə davam etməkdədir.Ərazidə bələdiyyə olaraq biz də ciddi karantun qaydalarına əməl edilməsinə vəziyyəti cətin olan ailələrə yardımlar etməklə, əhali arasında marifləndirmə işləri aparmaqla öz köməkliyimizi göstərməyə calışmışıq.Bundan sonra da tədbirləri davam etdirəcəyik.

2021-ci il artıq tarixdə qaldı.Mənfur düşmənimiz olan Ermənilərə qarşı olan qələbə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır.Bu tarixi qələbəmiz şəhidlərimizin qanı ilə qazanılmış bir qələbədir.Qələbədən sonra bir il ərzində Qarabağda aparılan quruculuq abadlıq işləri hər birimizi sevindirir. Hörmətli Prezident İlham Əliyevin işğaldan azad olunmuş rayonlara səfərləri bir daha göstərir ki, Azərbaycan dövləti düşməndən təmizlənən ərazilərin bərpası və yenidən qurulması ilə bağlı layihələrin reallaşmasını diqqət mərkəzində saxlayır.

Qeyd etdiklərimizlə yanaşı ölkəmizdə olan ictimаi-siyаsi sаbitlik, dеmоkrаtik şərаit, bələdiyyələrin dаhа çеvik idаrəеtmə qurumunа çеvrilməsi üçün Prеzidеntimizin imzаlаdığı sənədlər, bələdiyyələrin inkişаfınа göstərdiyi qаyğı və diqqət bələdiyyələrin işgüzаrlığını, məsuliyyətini dаhа dа аrtırımışdır.Prеzidеntimizin qаrşıyа qоyduğu vəzifələrin məsuliyyətini dərk еdərək yеrli özünüidаrəеtmə qurumu оlаrаq Muxax bələdiyyəsi ərazidə fəаllıq göstərməyə çаlışаrаq Zaqatala RİHB-nın Muxax və Zəyəm kəndləri üzrə nümayəndəlikləri ilə birlikdə müxtəlif layihələri həyata keçirməyə nail oluruq.Bundan sonra da ərazidə abadlıq quruculuq işlərinin həyata kecirilməsi bələdiyyənin diqqət mərkəzində olacaqdır.

Muxax bələdiyyəsi ölkə Prezidenti cənab İlham Əliyevin Fərman və Sərəncamlarına, Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, yerli özünüidarəetməyə dair qanunlara,  Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin Şəki Regional Ədliyyə idarəsinin Zaqatala RİHB-nın təklif və tövsiyyələrinə,digər hüquqi-normativ aktlara müvafiq olaraq fəaliyyət göstərir.

Bələdiyyə olaraq ilk növbədə görülməsi zəruri olan işlər, əhalini ən çox narahat edən məsələlər barədə düşünürük və həlli istiqamətində addımlar atırıq. Sakinlərin problemlərini  öyrənirik və bələdiyyənin imkanları   daxilində bu qayğıları həll etməyə calışırıq.Əsas işlərimizdən biri də sakinlər arasında olub onların  gündəlik qayğıları ilə maraqlanmaq, problemlərini həll etmək üçün onların yanında olmağımızı sübut etməkdir. Bundan sonra da sakinlərimizin müraciətləri əsas götürülərək bələdiyyə ərazisində işlərimizi bələdiyyə üzvləri iclasının qərarları əsasında görəcəyik.

Muxax bələdiyyəsi də hesabat dövründə aşağıda qeyd edilən işlərin görülməsinə nail olmuşdur.

         -Muxax kəndinin şəhid ailələri həmişə bələdiyyənin diqqət qayğısı ilə əhatə olunub,bundan sonra da şəhid ailələrinə,qazilərimizə diqqət qayğı artırılacaqdır.

           -Kəndin Azərbaycan prospekti ilə Nizami prospektinin birləşdirən yol kənarında ŞƏHİDLƏR BULAĞI tikilmişdir qarşısı dayanacaq da olmaqla yanaşı asfalt örtüyü salınmışdır.

           -Bələdiyyə ərazisində olan Yuxarı Cardaxlar kəndi ilə kəndimizi birləşdirən Azərbaycan prospektinin bir hissəsinə müasir standartlara cavab verən yol kənarı işıqlandırma dayaqları bastırılaraq işıqlandırılmışdır.

          -Zaqatala-Qax şösse yolun aşağı hissəsində zibil poliqonun ətrafı mütamadi olaraq bələdiyyə tərəfindən təmizlənib zibilin quyuya tökülməsi işləri görülür.

         -Bələdiyyə ərazisində olan məktəblərə və bağcaya yeni il hədiyyələri alınaraq verilmişdir.

           -Vətəndaşların müraciətləri əsasında ərazidə ara yollarına su kecidi arxlarına qoyulması üçün borular alınaraq arxlara qoyulması təmin edilmişdir.

           -Vətəndaşların müraciəti əsasında bir necə ara yollara cınğıl daşınaraq təmir edilib və qreyderlə hamarlanma işləri görülür.

         -Suvarma suyunun çaylaxlarda müntəzəm olmasını təmin etmək üçün Suvarma Sistemləri idarəsi rəhbərliyi ilə danışıqlar aparılmış bu sahə həmişə diqqət mərkəzində olmuş və həmin idarəyə vəsait köcürülmüşdür.

         -Kənd sakinlərinin müraciətləri əsasında icməli su məsələsi diqqətdə saxlanılır təmir işlərində yaxından iştirak edirik.

         -Muxax kəndində kənd təsərrüfatı sahəsinin inkişaf etdirlməsi də diqqət mərkəzində olmuş bələdiyyənin imkanları hesabına fındıq və tut tinki salınmış sahələrə qulluq edilməklə nəzarətdə saxlanılır.

         - Əlillərə xəstələrə,yas yerlərinə,tək kimsəsizlərə və maddi yardımlar mütamadi olaraq edilmişdir.

          -Muxax və Zəyəm kənd Qəbirstanlıqlarında təmizlik abadlıq işləri görülmüşdür.

         -Selbasan fındıq bağında və selbasana gedən yolda təmir işləri aparılmış,sel sularından sahələrin qorunması üçün kanal qazılmışdır.

İndidə bələdiyyəninhesabat ili ərzində gəlir xərcləri barədə məlumat verirəm

   01-01-2021 –ci il tarixə qalıq-8200 manat olmuşdur

GƏLİRLƏR

manat

Torpaq satışından

52621

Torpaq vergisi

16475

Əmlak vergisi

6714

Torpaq icarəsi

17921

Fındıq satışından

7751

Maliyyə sanksiyası

265

Sənədləşmə üçün

7655

Dotasiya

2620

Gəlirlərin cəmi

112022

 

 

XƏRCLƏR

 

İşcilərə əmək haqqına

35838

DSMF-na ödənib

8084

İcbari Tibbi sığorta

681

Həmkərlar

556

İşsizlik sığortası

340

Dəftərxana ləvazimatı

618

Silahlı qüvvələrə

660

Maddi yardım tək kimsəsiz,şəhid ailələri

3450

Abunə üçün

601

Rabitə xidmətinə

679

İcməli su cəni və altlıq hissəsi,yanacaq alınması

5834

Yolların təmirinə və xidmət haqqına tutulmalat

8229

Yollarda su kecidlərinə borular alınaraq qoyulmasına

3194

Şəhid bulağına mal-material xidmət haqqı

5724

Mədəni kütləvi tədbirlərə

2109

DƏDRX-nə sənədləçmə və hərrac üçün köcürülüb

7306

Bank xidmətinə

977

Elektirik enerji sərfiyyatı

181

Azərpoçt MMC-yə ödənilib müqaviləyə əsasən

3245

Həyətyanı üçün geri qaytarılan vəsait

9999

Kənd Bələdiyyələri Milli Assosasiyasına üzvülük haqqı

360

Yer quruluşu kadastr xərcləri

4851

Yanacaq alınıb

200

Yolların işıqlandırılmasına

7992

Digər xərclər

4651

Xərclərin cəmi

116359

     01-01-2022-ci il tarixə 3862 manat xərclənməmiş vəsait qalmışdır.

Bildiyiniz kimi Azərbaycan Respublikası "Vergilər Məcəlləsi”nə edilmiş dəyişikliklərlə əlaqədar bələdiyyə vergiləri mülkiyyət sahibləri tərəfindən müvafiq poçt şöbələri vasitəsilə ödənilir.

2021-ci il ərzində 2 nəfər vergi ödəyicisinə vergiləri ödəməkdən yayındığına görə xəbərdarlıq məktubu göndərilmişdir ki, onların da ödənilməyən vergi borcları 2021-ci ildə bələdiyyə büdcəsinə Zaqatala rayon Propasiya və İcra şöbəsi tərəfindən ödənilməkdə davam edir.Bundan sonra da tərəfimizdən vergidən yayınan mülkiyyətçilərimizə qarşı diqqət artırılacaqdır.

Regionların sosial-iqtisadi inkişafı fonunda ölkənin digər kəndlərində olduğu kimi, bizim kəndimizdədə son illərdə görülən abadlıq-quruculuq işləri hamımızın gözü qarşısındadır. Biz çox istərdik ki, bu inkişafda bələdiyyəmizin öz payı daha çox olsun. Aydındır ki, bunun üçün də bələdiyyənin özünün maliyyə imkanları artmalıdır, yəni vergilər vaxtlı-vaxtında vətəndaşlarımız tərəfindən bələdiyyə büdcəsinə ödənilməsi ilə yanaşı dövlət tərəfindən də güzəştli sübvensiyaların verilməsi bələdiyyələrə öz maliyyə köməkliyini göstərmiş olardı.

Hesabat dövründə bələdiyyə üzvləri ilə 27 yığıncaq keçirilmiş, bələdiyyənin daimi komissiyaları vətəndaşlar tərəfindən qaldırılmış məsələlər müzakirə edilərək 89 qərar qəbul edilmişdir. Hesabat dövründə bələdiyyəyə 379 nəfər müraciət etmişdir ki, onların 100 nəfəri ayarış və digər sənədlər almaq üçün,145 nəfəri ərizə ilə müraciət etmişdir.Bələdiyyənin sədr və müavinin qəbulunda 134 vətəndaş olmuş, onların qaldırdıqları çoxsaylı şifahi müraciətlər yerində həll edilmişdir.

Fürsətdən istifadə edərək bütün kənd sakinlərinə müraciət edərək bildirirəm ki,vergi ödəyicilərimizin bələdiyyəyə əvvəlki illərdən qalan ödənilməmiş 214305 manat vergi borcu var.Borclarınızı vaxtında ödəyin ki,biz də ərazidə olan problemləri vaxtında həll edək.Təəssüf hissi ilə qeyd edirəm ki,bəzi vətəndaşlar verfi borclarını özlərinin şəxsi işləri bələdiyyəyə düşdükdən sonra ödəyirlər bu da onlarla bələdiyyə arasında anlaşılmazlıq yaradır.Hər bir vergi ödəyicimiz bələdiyyə işciləri ilə yanaşı vətəndaşlar arasında marifləndirmə işləri aparmalı bələdiyyəyə yaxından kömək etməlidir.Bir yumuruq kimi birləşərək bələdiyyəmizi siz vətəndaşlarımızın köməkliyi ilə Azərbaycanda ən yaxşı bələdiyyələr sırasına cıxarda bilərik buna bizim hər cür imkanlarımız da var.

Vergiləri vaxtında ödəməklə vətəndaşlar bələdiyyənin maliyyə durumunun yaxşılaşdırılmasına və kənddə abadlıq işlərinin genişləndirilməsinə kömək etmiş olarlar.

Dövrümüzün tələblərinə uyğun olaraq bələdiyyənin sosial şəbəkələrdə feysbuk səhifəsi və elektron poçtumuz yaradılmış və həmişə işlək vəziyyətdədir.Hər bir vətəndaşımız elektron qayda da   istədiyi məlumatı bələdiyyədən ala və ya məktub şəklində müraciət edə suallarını bələdiyyəyə elektron qaydada ünvanlaya və cavab ala bilərlər.Çox təəssüflər olsun ki,sosial şəbəkələrdə olan gənclərimiz bu sahədə aktivlik nümayiş etdirmirlər.

Eyni zamanda kənd sakinlərinin öhdəsinə düşən bir məsələni də qeyd etmək istərdim. Kəndimizi hər birimiz təmizliyinə diqqət etməyə səliqəli saxlamağa borcluyuq.

Bəziləri həyətlərinin qarşısında bitən alaq otlarını,arxları, kolları təmizləmirlər və həmin yerlər bir müddət sonra zibilliyə çevrilir.Hamı gözləyir ki,bələdiyyə gəlib təmizləsin.Yadda saxlayın ki,hər bir vətəndaşımız bələdiyyəyə ildə az bir miqdarda olan vergini ödəməklə yanaşı kəndin ümumi təmizlik işlərindədə yaxından iştirak etməyə borcludur.

Bu barədə vətəndaşlara dəfələrlə xəbərdarlıq etmişik.Bir daha onlara sonuncu xəbərdarlıq edirik. İstəməzdik ki, belə vətəndaşlarımız haqqında inzibati tədbirlər görülsün. Yaddan cıxarmayaq ki,mədəniyyət yoldan başlayır.Həyətlərimizin qarşısında olan yolu daim səliqəli saxlayaq təmizliyə nail olaq ekoloji təmizlik bizim hər birimizin sağlmlığı deməkdir.

Mən güman edirəm ki,kənd ağsaqqalların, ziyalıların və bütün kənd əhalisinin köməkliyi ilə biz yaxın vaxtlarda bu cür məsələlərin də həllinə nail olacağıq.

Doğrudur, bu gün problemlər mövcuddur. Lakin Sizi əmin edirəm ki, yaxın vaxtlarda sizlərin köməkliyi ilə bələdiyyə mövcud problemlərin həllinin öhdəsindən gələcək və eyni zamanda bələdiyyə ərazisinin sosial-iqtisadi inkişafında fəal iştirak edəcəkdir.

 

Elvin Yusubov

Zakatala rayonu Muxax bələdiyyəsinin sədri                    

 

 

ŞƏRHLƏR