"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Zabratlılara hesabat verildi

--2019-01-09 / 13:57

Sabunçu rayonu Zabrat qəsəbəsində yerləşən 81 nömrəli tam orta məktəbin akt zalında Sabunçu rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyinin və Zabrat Bələdiyyəsinin 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilib. Bu barədə məlumatı Sabunçu RİH yayıb.

İclasda Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi, Zabrat bələdiyyə sədri və bütün xidmət sahələrinin rəisləri iştirak ediblər.

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov iclası giriş sözü ilə açaraq qəsəbə haqqında ümumi məlumat verdi. Qeyd olundu ki,ərazisi 20 km², əhalisi 40.000 nəfərdən çox olan Zabrat qəsəbəsi Sabunçu rayonunun sənaye qəsəbələrindən biridir.

2018-ci ildə görülən işlər barədə məruzə ilə çıxış edən Sabunçu rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi İlqar Süleymanov ötən ildə əhalinin sosial problemlərinin həlli ilə əlaqədar görülən işlər barədə ətraflı məlumat verib.

Daha sonra Zabrat Bələdiyyəsinin sədri Nailə Nəsirova 2018-ci il ərzində bələdiyyə tərəfindən görülmüş işlər barədə geniş məlumat verib.

Hesabat iclasının sonunda qəsəbə sakinlərinin də fikir və təklifləri dinlənilib və aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilib.

Belediyye.info

ŞƏRHLƏR