"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yerli özünüidarəetmədə başlıca məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilib

--2022-01-25 / 13:48

(Xəzər rayonu Buzovna bələdiyyəsi tərəfindən 2021-ci ildə görülmüş işlər haqqında,

o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında

 HESABAT)

 

Hesabat dövrünün əvvəlində bələdiyyə iş planı təsdiq etmişdir, hər ay ümumi iclaslar keçirilmiş, iclaslarda baxılmış məsələlərlə bağlı qərarlar qəbul edilmiş və icrası təmin edilmişdir. Müzakirə edilmiş məsələlər sırasında sosial, maliyyə məsələləri, təmir-tikinti və abadlıq işləri, vətəndaşların müraciətləri və s. olmuşdur.

Xəzər rayonu Buzovna bələdiyyəsi tərəfindən 17 ümumi iclas keçirilərək 82 qərar qəbul edilmişdir. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunun 6.0 və 6.8-ci maddələrinə müvafiq olaraq protokollar Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə göndərilmişdir.

Yerli Özünüidarəetmədə başlıca məqsəd əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına istiqamətləndirilib. Bununla əlaqədar bələdiyyələr də ölkədə həyata keçirilən sistemli iqtisadi-sosial inkişafa öz töhfələrini verməyə nail olub. Əlbəttə ki, ölkədə aparılan islahatlar və artan iqtisadi göstəricilər yerli özünüidarəetmə orqanlarında da öz təsirini göstərməkdədir.

Geridə qoyduğumuz 2021-ci il ölkəmizin və xalqımızın həyatında müxtəlif hadisələrlə yadda qaldı. Dünya ictimaiyyətinin üzləşdiyi COVİD-19 pandemiyası hazırda növbəti dalğası yaşanmaqdadır. Buzovna bələdiyyəsi tərəfindən “Azərbaycan Respublikası COVİD-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyasına uyğun olaraq vaksinasiya prosesi uğurla davam etdirilir.

2021-ci ildə xalqımız və dövlətimiz üçün qürurverici hadisələrdə çoxdur. Qarşıdan gələn Yeni Təqvim ili 2022-ci ili Şuşa ili elan edilmişdir.

Bələdiyyənin fəaliyyətində büdcənin formalaşmasına və icrasına xüsusi diqqət yetirib. Real gəlir mənbələri müəyyənləşib, onlara uyğun xərclər nəzərdə tutulmuşdur.

Bələdiyyənin büdcəsinə daxilolmalar AR Nazirlər Kabinetinin, Vergi Məcəlləsinə və “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikası Qanunun tələblərinə uyğun Bələdiyyənin qəbul etdiyi müvafiq qərarlarına əsasən hesablanır.

Əhalidən ödənişlərin və vergilərin yığılması zamanı vergi ödəyiciləri arasında mövcüd qanunlar barədə məlumatlar verilir. Yığılan ödənişlər və vergilər haqqında məlumat hər gün təhlil edilir.

Vergilərin ödənilməsindən yayınanlara qarşı xəbərdarlıq etməklə tədbirlər görülmüşdür. Qanunvericiliyə uyğun İcra şöbələrinə 29 şəxs barədə müraciət olunmuşdur. Nəticədə Bələdiyyə büdcəsinə vergilərin ödənilməsi təmin edilmişdir.

Ödənilmiş vergilər və ödənişlər bələdiyyə büdcəsinə mədaxil olaraq, aidiyyatı təşkilatlara verilən maliyyə hesabatlarında öz əksini tapmışdır.

Bələdiyyənin vergi bazası genişdir. Hazırda inzibati ərazisində 7303 ev təsərrüfatı və 267 təsərrüfat subyektləri mövcuddur.

Göstərilən ___7570___ vergi ödəyiciləridən hesabat dövründə __5484_ ödəyici vergiyə cəlb olunmuşdur,(bunlardan __471_ nəfər vergi qanunverciliyində nəzərdə tutulmuş əsaslarla əmlak vergisindən azad edilmiş təqaüdçülər, __132_ ədəd əmlak vergisi hesablanmayan, mənzilin ümumi sahəsi 30 m2–dən aşağı olan birotaqlı mənzillər.

2021-ci il ərzində bələdiyyə büdcəsinə 153338 manat gəlir daxil olmuş, xərclər 155072_manat təşkil etmişdir.

Qeyd etmək lazımdır ki Bələdiyyələrlə İş Mərkəzindən verilən tövsiyyələrin yerinə yetrilməsi nəticəsində 2021-ci il ərizndə bələdiyyə büdcəsinin gəlirlərinin artırılmasına nail olmuşdur. 2020-ci ildə bu rəqəm 121 850 manat olmuşdur.

Büdcə gəlirlərinin əsas mənbəyi olan- torpaq icarəsindən və vergisindən-51139_ manat əmlak vergisi- 95099 manat, mehmanxanalardan -980 manat, avtodayanacaqlardan rüsum- 720 manat, dotasiyadan-_7000_ manat daxil olmuşdur.

Bələdiyyə büdcəsinə daxil olmuş vəsaitlər aşağıdakı istiqamətlərdə xərclənmişdir.

Daimi əsaslarla bələdiyyədə calışan bələdiyyə üzvlərinin və qulluqcularının əmək haqqına-_55955 manat, DSMF-_21846 manat, bələdiyyənin saxlanmasına- _10016_ manat , sosial yardımlar üzrə ödənişlər- _10250 manat, abadlıq, quruculuq təmir işlərinə 51734_ manat xərclənmişdir.

Qəsəbə ərazisində Bələdiyyə yaz-yay mövsümündə təmizlik işlərin görülməsi ilə yanaşı yanğınların qarşısının alınmasına dair işləri təşkil etmişdir.

Bələdiyyənin inzibati ərazisində ekoloji durumu, o cümlədən yaşıllıqlarının vəziyyəti daimi diqqət mərkəzindədir.

Məlum olduğu kimi –yaşıllıqlar vaxt keçdiqcə quruyur, bəziləri qəzalı vəziyyətə düşür və sakinlərin yaşadıqları yerlərdə təhlükə mənbəyi yaradır. Bunların qarşısının alınması istiqamətində Nazirlər Kabinetinin 30.08.2016-cı il 321 № -li Qərarına əsasən tədbirlər görülür.

Hesabat dövründə sözügedən problemlərlə bağlı vətəndaşlardan daxil olmuş 3 müraciət edilmişdir, tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası, Ekologiya və Təbii sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə müraciətlər edilmiş, alınmış rəylərə əsasən Bələdiyyə iclaslarında qərarlar qəbul edilmiş və Bakı Şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə tədbir görmək üçün göndərilmişdir.

Xəzər rayon Buzovna bələdiyyəsində vətəndaşların müraciətləri və qəbulu da daim diqqət mərkəzində saxlanılır.

Təhlil göstərir ki, il ərzində vətəndaşlardan daxil olmuş ümumilikdə 1428 müraciət qeyd edilən məsələlərə aid olub:

Arayışların verilməsi (vergi borcların olub-olmaması,

torpaq sahələrinin ayrılıb-ayrılmaması və s.)                                                        1326   

Maddi yardım                                                                                                                     52       

Dəfnlə bağlı Dövlət Sosial Müdafiə Fonduna arayışlar                                        49       

Digər məsələlər üzrə yəni abadlıq, yaşıllıq v.s                                                       1

Müraciətlərin __1417__ müsbət həll olunub                     

Hesabat dövründə ayrı-ayrı təşkilatlardan daxil olmuş 244 məktub, müraciət, sərəncam və digər sənədlər əksər hallarda qanunvericilikdə nəzərdə tutulmuş müddətdə baxılmış və cavablandırılmışdır.

Bələdiyyə vətəndaşların və öz hüquqi maraqların müdafiəsi istiqamətində bir sıra işlər görmüş. Beləki, hüquqi həllini tələb edən məsələlərlə bağlı keçirilmiş 6 məhkəmə prosseslərində Bələdiyyənin xeyrinə qərarlar qəbul edilmişdir.  

Vətəndaşların müraciətləri ilə bağlı Bələdiyyədə onlara hüquqi yardım göstərilməsi həyata keçirilir.

Bələdiyyədə “qaynar xətt” də (telefon 453-04-15) fəaliyyət göstərir. Gün ərzində telefon vasitəsilə daxil olan şikayət və müraciətlər qeydə alınır, rəhbərliyə çatdırılır və tədbirlər görülür. Bayram və qeyri-iş günləri “Qaynar-xətt”də növbətçilik qrafiki üzrə məsul işçilər müraciətləri qəbul edir.

Bələdiyyəyə hesabat dövründə 1112 ərizə, 244 məktub daxil olmuşdur. Bu müddət ərzində müxtəlif idarə və təşkilatlara 404 müraciət olunmuşdur. 1375 nəfər vətəndaşa müxtəlif idarə və təşkilatlara təqdim etmək üçün arayışlar verilmişdir.

Bələdiyyə seçkili orqan olaraq çalışır ki, seçicilərlə ünsiyyətini daha da genişləndirsin. Daimi komissiyalar əhaliyə, seçicilərə bələdiyyənin fəaliyyəti haqqında ətraflı məlumatların çatdırılmasında aktiv mövqe tutur və ötən illərlə müqayisədə bu sahədə irəliləyiş var.

Buzovna bələdiyyəsi təşkilatçılığı ilə 8 mart Beynəlxalq qadınlar bayramında qadın bələdiyyə üzvləri, bələdiyyə qadın qulluqçuları, ərazimizdə yaşayan tənha qadınlar bayram münasibətilə təbrik olunublar. Qurban bayramı ilə əlaqədar  şəhid ailələri və qaziləri ziyarət edilmiş, bayram sovqatları verilmişdir. Novruz bayramı münasibəti ilə həmçinin ərazidə yaşayan coxsaylı aztəminatlı, əlil, yardıma ehtiyyacı olan ailələrə də bayram sovqatları paylanılmışdır.

Vətən müharibəsində qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan qəhrəman şəhidlərimizi yad etmək, xatirələrini əziz tutmaq hər birimizin mənəvi borcudur.

Ərazimizdə yaşamış ikinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalan şəhid Bağırov Əli eltay oğlu, şəhid Heybətov Ağa Əmi Elçin oğlu, şəhid Kərimov Mustafa Mais oğlu, şəhid Əliyev İbrahim Nəcəfqulu oğlu və şəhid İsmayılzadə Vüsal Əlbəndə oğlunun doğum günündə ailə üzvləri ilə görüşlər keçirilmiş və maddi yardımlar verilmişdir.

Şəhid atası Bağırov Eltay Əli oğlunun evi təmir olunmuş, Şəhid Kərimov Mustafa Mais oğlunun Heybətov Ağa Əmi Elçin oğlunun xatirəsinin əbədləşdirilməsi üçün “Şəhid Bulağı” tikilmişdir. Şəhid Əliyev İbrahim Nəcəfqulu oğlunun yaşadığı Buzovna qəsəbəsi R.Axundov küçəsində xatirə lövhəsi yerləşdirilmişdir.

Buzovna qəsəbəsi R.İmanov küçəsi 4 A ünavanında I və II Qarabağ müharibəsi şəhidlərinin xatirəsinin əbədləşdirilməsi üçün “Şəhid Memorial” abidəsinin tikintisinə başlanılmışdır.

“Beynəlxalq Əlillər Günü” bütün dünyada hər il dekabrın 3-də qeyd edilir və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Bu münasibətlə qəsəbə ərazisində yaşayan əlillərə yardım göstərilmişdir.

Qəsəbədə fəaliyyət göstərən orta ümumtəhsil məktəbləri ilə birlikdə Buzovna bələdiyyəsi tərəfindən bir çox tədbirlər həyata keçirilmişdir. Belə ki, orta ümumtəhsil məktəblilərinin 1-6-cı sinif şagirdləri arasında 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Uşaqların gözü ilə Qara Yanvar faciəsi” mövzusunda inşa müsabiqəsi, 26 Fevral Xocalı faciəsinin 29-cu il dönümü barədə, bu il Xocalının işğaldan azad olunması münasibəti ilə “Xocalıya qayıtdıq” adlı orta ümumtəhsil məktəb şagirdləri arasında online tədbir, 10 May Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibəti ilə, 15 İyun Qurtuluş Günü münasibəti ilə silsilə tədbirlər həyata keçirilmişdir.

31 Mart Soyqırım Günü ilə bağlı, bələdiyyə qulluqçuları tərəfindən, Vətən müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış kompleksin yerləşdiyi park və şəhidlərin xatirəsinə ucaldılan “Memorial Abidə Kompleksi” ziyarət edilmiş, şəhidlərin həyatı haqqında hazırlanan videoçarx sosial şəbəkələrdə işıqlandırılmışdır.

27 Sentyabr “Anım Günü”, ilə bağlı olaraq, bələdiyyə qulluqçuları ilə birlikdə rayon ərazisində qeydiyyatda olan şəhidlərimizin məzarları ziyarət edilmiş, ailələri ilə görüşlər keçirilmiş.

8 Noyabr “Zəfər Günü”, 9 Noyabr “Bayraq Günü” ilə bağlı olaraq, bələdiyyə qulluqçuları məktəblilərlə birlikdə “Qənimətlər Parkı” ziyarət edilmiş, videoçarxlar hazırlanmışdır.

Xəzər rayon Buzovna bələdiyyəsi inzibati ərazimizdə yaşayan vətəndaşlara və media orqanlarına illik hesabatı elan, bülleten, internet saytı və.s vasitələrlə çatdırır.

M.Əliyev

Xəzər rayonu Buzovna Bələdiyyəsinin sədri                                                            

ŞƏRHLƏR