"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yerli özünüidarəetmə sahəsində beynəlxalq əməkdaşlıq davam etdirilir...

--2021-10-11 / 08:33

Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi, bələdiyyə üzv və qulluqçularının peşəkarlıq səviyyəsinin artırılması Ədliyyə Nazirliyinin diqqət mərkəzindədir.

 Ölkə başçısının 2018-ci il 18 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan ədliyyəsinin inkişafına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nın icrası istiqamətində görülən tədbirlər çərçivəsində Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin təşəbbüsü ilə Türkiyə Respublikasının Yozqat bələdiyyəsinin nümayənləri ilə videokonfrans keçirilib.

 Bələdiyyələrlə iş mərkəzinin, bələdiyyələrin milli assosiasiyalarının və ölkə üzrə 40-a yaxın bələdiyyə nümayəndələrinin iştirakı ilə keçirilən konfransın əsas məqsədi yerli özünüidarəetmə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin aparılması olub.

 Tədbirdə Yozqat bələdiyyəsinin nümayəndələrinə ölkə Prezidenti İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində, o cümlədən yerli özünüidarəetmə sahəsində həyata keçirilən mütərəqqi islahatlar, bələdiyyələrə dövlət qayğısı barədə məlumat verilib. Yerli özünüidarəetmə sahəsində qarşılıqlı təcrübə mübadiləsinin səmərəliliyi, eləcə də iki ölkənin yerli özünüidarəetmə orqanları arasında mövcud əlaqələrin inkişaf etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

 Konfransda yerli iqtisadi, sosial, ekoloji proqramların hazırlanması, yerli büdcənin gəlir mənbələri, eləcə də yerli vergi və ödənişlərin hesablanması və ödənilməsi sahəsində mövcud vəziyyət, bu sahədə problemlər və həlli yolları ilə bağlı müzakirələr aparılıb. Yerli büdcə gəlirlərinin artırılması, eləcə də yerli vergi və ödənişlərin yığılması sahəsində Yozqat bələdiyyəsinin müsbət təcrübəsi ilə bağlı fikir mübadiləsi aparılıb, bu sahədə tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

 

 

ŞƏRHLƏR