"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Yerli Demokratiya Həftəsi” çərçivəsində sahibkarlarla görüş keçirib

--2018-10-17 / 16:32

Xəzər rayonu Zirə qəsəbəsində fəaliyyət göstərən bir qrup sahibkarlarla Zirə bələdiyyəsinin inzibati binasının akt zalında görüş keçirilib.

Görüşdə Xəzər RİH Başçısının müavini Lalə Əhmədova, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlhamə Kərimova, Zirə qəsəbə inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Famil Məlikov və Zirə bələdiyyəsinin sədri Anar Hüseynli iştirak ediblər.

Görüşdə sahibkarların qazla, su ilə bağlı və digər problemləri müzakirə olunub və problemlərin həlli ilə bağlı aidiyyatı orqanlara müraciətlər olunaraq müfafiq tədbirlər görülüb.

Bu görüşün keçirilməsi sahibkarlar tərəfindən yüksək səviyyədə qiymətləndirilib.

Belediyye.info

ŞƏRHLƏR