"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yerli büdcənin icrasına hansı orqan tərəfindən nəzarət olunur?-SORUŞUN CAVAB VERƏK

--2020-12-23 / 17:07

Soruşun cavab verək.

 1.Bələdiyyənin növbəti il üçün büdcə layihəsi nə vaxt bələdiyyə iclasının müzakirəsinə və təsdiqinə təqdim edilir?

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən növbəti büdcə ili üçün yerli büdcə haqqında qərar layihəsi müvafiq sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq bələdiyyə iclasının müzakirəsinə və təsdiqinə təqdim edilir.

Yerli büdcənin layihəsi bələdiyyə iclasına təqdim edildiyi tarixdən 10 gün ərzində yerli əhalinin onunla tanış olması məqsədi ilə dərc edilir. Növbəti büdcə ili üzrə yerli büdcənin layihəsi bələdiyyə iclasında cari ilin dekabr ayının 20-dən gec olmayaraq təsdiq edilir.

 2.Yerli büdcənin icrasına hansı orqan tərəfindən nəzarət olunur?

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə ildə bir dəfədən az olmayaraq müstəqil auditorları cəlb edir.

 Cavabları hazırladı:

Çingiz Cavadov Lənkəran Regional Ədliyyə İdarəsinin

baş məsləhətçisi kiçik ədliyyə müşaviri

 

ŞƏRHLƏR