"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yenə Ağdam haqqında...

--2019-11-19 / 14:37
Sevindirici haldır ki, son bir ay ərzində Ağdam rayonunda görülən işlər, həyata keçirilən layihələr, icra başçısı Vaqif Həsənovun keçirdiyi görüşlər KİV-də və sosial mediada daha geniş təbliğ olunmağa başlayıb.
Proses çox intensivləşib. Həm görüşlərin sayı, həm də layihələrin sayı. İcra başçısının hər addımı sosial mediada öz əksini tapır.
 
Düşünürəm ki, belə də davam etmək lazımdır.
Yalnız intensiv təbliğatla "qara qüvvə"lərin fikirlərini alt-üst etmək olar.
 
Qaldı ki, icra başçısı Vaqif Həsənova, deməliyəm ki, qiyabi olaraq xeyli illər əvvəl tanıdığım insanla bir il əvvəl görüşmüşəm. İstər Badamdar bələdiyyəsində komissiya sədri, istərsə də Qaradağ və Xəzər rayonlarında çalışdığı bir vaxtda, yerli bələdiyyələrlə necə işgüzar əlaqələrin yaratması, bu qurumların inkişafını ciddi şəkildə diqqətdə saxlaması haqqında bilgilərim var.
 
Bu gün bu diqqəti Vaqif Həsənov Ağdam bələdiyyələrinə göstərməsi də göz önündədir.
Sonradan bir neçə dəfə görüşümüz olub. Müxtəlif məclis və tədbirlərdə.
Qəlbimdən keçən fikrilərimi yazılarımda da qeyd etmişəm.
  
SÖZÜNƏ BÜTOV və DAİM SÖZÜNÜ TUTAN siyasi rəhbər kimi bu gün Vaqif Həsənovun Ağdam rayonunda gördüyü işləri müsbət dəyərləndirirəm.
Ağdamın inkişafına yönələn hər bir addımı müsbət dəyərləndirir və uğurlar arzulayıram.
Vüqar Tofiqli
ŞƏRHLƏR