"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yeddi oktyabr “Canavar” ləqəbli şəhid polkovnik-leytenantın anim günüdür

--2021-10-06 / 19:18

Azərbaycan Ordusunun polkovnik-leytenantı, Vətən müharibəsi şəhidi Rəşad Quliyevin xatirəsi əbədiləşdirilib. Suraxanı rayonu, Zığ qəsəbəsi, Şəhid polkovnik-leytenant Rəşid Quliyevə həsr olunmuş "Abad həyət" salınıb.
***

Rəşad Quliyev 1983-cü il sentyabrın 23-də Xətai rayonunda Rəşid və Mətanət Quliyevlərin ailəsində anadan olub. 1990-1998-ci illərdə Xətai rayonunda A. Xəlilov adına 263 nömrəli tam orta məкtəbdə, 1998-2000-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Rəşad Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib. O, Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüş yoldaşları tərəfindən Canavar ləqəbini qazanıb.

Rəşad Quliyev oktyabrın 7-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.II Şəhidlər Xiyabında dəfn olunub.

Ailəli idi. Dərya və İnci adında 2 qızı yadigar qalıb. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Azərbaycan bayrağı”, “Cəbrayılın azad olunmasına görə, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

P.S. Videorolik Gunay Səfərovanın dəstəyi ilə hazırlanıb


https://www.youtube.com/watch?v=RKqoP_wC124

 

ŞƏRHLƏR