"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

“Yaşıl Bakımız” təşəbbüs qrupu: "Axı hər şeyi dövlət hesabına etmək mümkün deyil. Bəs vətəndaşlıq borcu?"

--2019-09-06 / 14:40

Bakı şəhərinin daha da gözəlləşməsi üçün müxtəlif qurumlar, o
cümlədən iş adamları, müxtəlif idarələr, ayrı-ayrı vətəndaşlar tərəfindən
işlər görülür. Paytaxtda yaşıllıqların artırılması isə yaşadığımız şəhərin
ekologiyasina, özümüzün, yaxınlarımızın sağlamlığına birbaşa təsir edir.
Paytaxt sakinləri kimi ötən gün müşahidə etdiklərimiz isə bu işlərə,
ümumilikdə isə müsbət dəyişikliklərə biganə olan, yalnız öz maraq və
mənfəətlərini güdənlərə rast gəldik. Hamının çox yaxşı tanıdığı bir neçə iri
və tanınmış obyektlərin qarşısındakı vəziyyət heç də ürəkaçan deyildir. Çox
təəssüflər olsun ki, böyük gəliri olan, heç də maddi sıxıntılar çəkməyən bu
obyekt sahibləri obyektlərinin qarşısındakı ağac və kollara, yaşıl örtüyə
biganə yanaşırlar. Canlı bitkilərə zülm edirlər. Onlara diqqət göstərib ara-
sıra sulamaq, qulluq etmək əsl insanlıq olmazdımı?
Axı kiminsə mağazasının və ya obyektinin qarşısını başqası gəlib
etməməlidir, axı hər şeyi dövlət hesabına etmək mümkün deyil. Bəs
vətəndaşlıq borcu? Məncə belə insanları hamımız tanımalı və qınaq
obyektinə çevirməliyik.
Öz müşahidələrimizi və araşdırmalarımızı davam etdirərək sonrakı
yazılarda artıq bu kimi obyektləri və onların sahibləri barədə ətraflı məlumat
verəcəyik.

“Yaşıl Bakımız” təşəbbüs qrupu

 

ŞƏRHLƏR