"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yasamalda aztəminatlı ailələrə yardım aksiyası keçirilib

--2022-01-12 / 11:27

Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü, Yasamal bələdiyyəsinin və Bakı şəhərinin Müqəddəs Arxangel Mixail adına pravoslav kilsəsinin birgə dəstəyi ilə Yasamal rayonunun aztəminatlı sosial təbəqədən və azyaşlı övladları olan ailələrə yardım aksiyası həyata keçirilib. Bu təbəqədən olan Yasamal rayonu sakinlərinə ərzaq sovqatları paylanılıb.

Ərzaq paylarını qəbul edən Yasamal sakinləri insanlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildiriblər. Keçirilən bu aksiya sıravi vətəndaşlar tərəfindən razılıqla qarşılanıb. Yasamal rayon sakinləri aksiya təşkilatçılarına öz minnətdarlığını ifadə ediblər.

Bakı şəhərinin Müqəddəs Arxangel Mixail adına pravoslav kilsəsinin baş keşişi Mefodiy Əfəndiyevin sözlərinə görə keçirilən bu xeyirxah aksiya zəngin mənəvi dəyərlərimizə söykənərək insanlar arasında qarşılıqlı hörmət, səmimiyyət və mehribanlıq münasibətlərini bərqərar edir, əmin-amanlığın təmin olunması, insanlar arasında birlik və mehribanlığın nişanəsi olduğunu vurğulayıb.

Yasamal bələdiyyəsi

ŞƏRHLƏR