sorğu
Yasamal rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə rayonun müxtəlif ünvanlarında kompleks tədbirlər həyata keçirilir.Rayonun ayrı-ayrı küçələrində,həyət və yaşayış məhəllələrində abadlıq-quruculuq işləri aparılır, binaların həyətində sakinlərin asudə vaxtlarını keçirmək üçün söhbətgahlar və oturacaqlar qoyulur, onların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə məhəllədaxili yollara asfalt örtüyü çəkilir.Növbəti abadlıq işləri rayonun Şəfayət Mehdiyev küçəsi 1, 81 A, Akim Abbasov küçəsi 18 və 18 A saylı binaların həyətində aparılmış məhəllədaxili yollara asfalt örtüyü çəkilmişdir.
Rayon ərazisində abadlıq-quruculuq sahəsində aparılan işlər mütəmadi olaraq davam etdirilir.
Yasamal bələdiyyəsi
|
|
|
|
|