"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yasamal Bələdiyyəsinin şöbə müdiri “Fəxri Fərman” la təltif edilib

--2021-02-18 / 06:36

Yasamal Bələdiyyəsinin Ərazi idarəetmə şöbəsinin müdiri Rizvan Mahmudov Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin “Fəxri Fərmanı” ilə təltif edilib.

Dövlət Xidmətnin rəisi, general-leytenant Arzu Rəhimovun imzaladığı “Fəxri Fərman” şöbə müdiri Rizvan Mahmudov “Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq sərəncamından irəli gələn vəzifələrin icrasında, eyni zamanda Vətən müharibəsi dövründə qələbənin əldə edilməsi naminə hərbi hissələrin hərbi vəzifəlilərlə və hərbi nəqliyyat vasitələriylə komplektkləşdirilməsi işinin təşkilində yüksək əzmkarlıqla Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin əməkdaşlarına köməklik göstərdiyinə və arxa cəbhədə fəallığı ilə fərqləndiyinə görə” təltif edilib.

Qeyd edək ki, 06 aprel 1962-ci ildə Gürcustan Respublikasının Kosalı kəndində anadan olan, 1986-cı ildə Bakı Dövlət Universitetini bitirən Rizvan Mahmudov 2020-ci ilin yanvarından Yasamal bələdiyyəsinin Ərazi idarəetmə şöbəsinin müdiri vəzifəsində çalışır.

Əlavə edək ki, hazırda Yasamal bələdiyyəsi ölkə bələdiyyələri arasında qabaqcıl bələdiyyələr sırasındadır.

Belediyye.info

 

 

 

 

ŞƏRHLƏR