sorğu
“Yasamal bələdiyyəsinin məhəllə komitələrinin sədrləri Vaqif Qurbanov, Emin Sadixov, Hakim Tağiyev, Abşeron Adigözəlov bələdiyyənin “Fəxri Fərmanı” ilə təltif ediliblər” -bu barədə Belediyye.infoya məlumat Yasamal bələdiyyəsindən daxil olub. Məlumata görə, bələdiyyə iclasının qərarıyla məhəllə komitələrinin fəaliyyəti araşdırılaraq fəaliyyətlərinə qiymət verilmişdir.
Məhəllə komitələrinin sədrləri vətəndaş cəmiyyətinin inkişafında, gənclərin hərbi-vətənpərvərlik ruhunun aşılanması və bələdiyyə vətəndaş vəhdətinin möhkəmlənməsi istiqamətində aktiv fəaliyyətlərinə görə Yasamal bələdiyyəsinin “Fəxri fərmanı” ilə təltif ediliblər.
Belediyye.info
|
|
|
|
|
|
|
|