"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yasamal bələdiyyəsi “Yerli Demokratiya həftəsi” çərçivəsində rayon sakinləriylə görüş keçirib

--2018-10-17 / 18:26

Yasamal bələdiyyəsi “Yerli Demokratiya həftəsi” çərçivəsində rayonun Şərifzadə küçəsinin sakinləriylə bələdiyyənin inzibati binasının akt zalında görüş keçirib. Bu barədə məlumatı Yasamal bələdiyyəsi yayıb.

Tədbirdə çıxış edən Yasamal bələdiyyəsinin sədri Zakir Cəfərov son illər Yasamal rayonunda aparılan genişmiqyaslı abadlıq işlərindən danışıb.

Zakir Cəfərov tədbirin məqsədindən danışaraq “Yerli Demokratiya həftəsi”nin ölkə bələdiyyə sisteminin inkişafında mühüm rol oynadığını, vətəndaşlar arasında bələdiyyənin nüfuzunun möhkəmlənməsinə töhfə verdiyini sakinlərin diqqətinə çatdırıb. Sədr Yasamal Bələdiyyəsi tərəfindən həftə çərçivəsində keçirilən tədbirlər haqqında da məlumat verib.  O,  "Yerli Demokratiya Həftəsi"ylə bağlı bələdiyyə iclasının qərarıyla iş planının təsdiq edildiyini, bu gün keçirilən görüşün də məhz bu proqrama uyğun təşkil edildiyini xüsusi vurğulayıb.

Sonra çıxış edən sakinlər “Yerli Demokratiya həftəsi” çərçivəsində hər bir rayon sakinini aktiv olmağa, bələdiyyənin fəaliyyətinin təşkilində yaxından iştirak etməyə səsləyiblər.

Dialoq formatında keçən tədbirdə sakinləri maraqlandıran məsələlərə aydınlıq gətirilib, müxtəlif təklif və tövsiyələr verilib.

Belediyye.info

ŞƏRHLƏR