"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yasamal bələdiyyəsi rayon ərazisində layihələrin icrasını davam etdirir

--2020-08-06 / 15:03

Çoxsaylı sakinlər Yasamal rayon İcra Hakimiyyətinə və Yasamal Bələdiyyəsinə yazılı şəkildə müraciət edərək Yasamal rayonu Yeni Yasamal -2, M.Xiyabani küçəsi 10 c, 11 və 12 ünvanlarında məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsini xahiş etmişlər. Bu ünvanlarda yaşayan sakinlərin xahişləri nəzərə alınaraq Yasamal rayon İcra Hakimiyyəti və Yasamal bələdiyyəsi tərəfindən həmin ərazilərə baxış keçirilmiş və Yeni Yasamal-2 ünvanında 3,4 saylı binanın qarşısındakı məhəllədaxili yollar, M.Xiyabani küçəsi 10c, 11 və 12 ünvanlarında məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsi işləri tamamlanmışdır.

Hazırda 2-ci Alatava ünvanında məhəllədaxili yollara asfalt örtüyü çəkilməkdə davam etdirilir.

Yasamal bələdiyyəsi tərəfindən mütəmadi olaraq asfalt örtüyünə ehtiyacı olan məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsi işləri davam etdiriləcəkdir.

Yasamal bələdiyyəsi

ŞƏRHLƏR