"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yasamal bələdiyyəsi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin davam etdirir

--2020-07-05 / 08:28

Yasamal bələdiyyəsi Yasamal RİH-in təşəbbüsü ilə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə rayonda mütəmadi profilaktik tədbirləri , həmçinin  xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədilə yaradılmış mobil qrup üzvləri tərəfindən reydlər davam etdirilir.

Bununla bağlı Belediyye.infoya məlumat Yasamal bələdiyyəsindən daxil olub.

Əhalinin sıx olduğu məkanlarda,  ticarət obyektlərində həyata keçirilən reydlər zamanı sakinlərlə Nazirlər Kabinetinin Operativ Qərargahının tələb və tövsiyələrinə riayət edilməsi ilə bağlı izahetmə-xəbərdarlıq işləri aparılır, bukletlər paylanılır.

Nazirlər Kabinetinin Operativ Qərargahının tələblərinə zidd fəaliyyət göstərən obyektlərə sonuncu dəfə xəbərdarlıq edilərək tibbi qoruyucu maskalardan istifadə, sosial izolyasiya və sanitar-gigiyena qaydalarına ciddi riayət edilməsi tövsiyə edilir.

Reyd keçirilən bütün obyektlərdə işçi heyətinə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadənin, sosial məsafənin gözlənilməsinin vacibliyi və əhəmiyyəti barədə də ətraflı məlumat verilir. Yaradılmış mobil qruplar tərəfindən sakinlərin və yaxınlarının sağlamlığının qorunması məqsədilə karantin rejiminin qaydalarına riayət etməyin vacibliyi barədə məlumatlar onların diqqətinə çatdırılır.

Yasamal bələdiyyəsi  paytaxtın digər mərkəz bələdiyyələrinin də bələdiyyənin bu təşəbbüsünə qoşulmalarını tövsiyə ediblər. 

Belediyye.info

ŞƏRHLƏR