"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yasamal bələdiyyəsi bu dəfə müharibə veteranları ilə görüşüblər

--2020-05-13 / 19:08

Yasamal bələdiyyəsi bu dəfə II Dünya Müharibəsi qəhərmanları ilə görüşərək onları qələbənin 75 illiyi ilə bağlı təbrik etmiş və hər birinə bələdiyyənin hazırladığı ərzaq bağlaması təqdim etmişlər. Orucov Barat Cahangır oğlu, Şeldıyev Şəmşir Mıkayıl oğlu və digər qəhrəmanların mənzillərinə gedən bələdiyyə üzvləri və qulluqçuları onların hər birini bayram münasibətiylə təbrik edərək, onlarla müharibə illərindən söhbət açmış, xatiləri bölüşmüşlər.

Əlavə edək ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirus təhlükəsi ilə əlaqədar "Evdə qal, həyatları xilas et!" çağırışı ilə 65 yaşlı insanlara qayğı və diqqətin göstərilməsi təşəbbüsünə qoşulan Yasamal bələdiyyəsi yaxından iştirak etməklə dəstək verməkdədir.

Bu barədə məlumat Yasamal bələdiyyəsindən daxil olub.

Aprel ayından başlayaraq Yasamal bələdiyyəsi tərəfindən rayon ərazisində yaşayan aztəminatlı ailələrə bələdiyyənin siyahisi üzrə bələdiyyənin rəsmilərinin və bələdiyyə qulluqçularının iştirakıyla ərzaq bağlamaları təqdim edilmişdir. Prosesin may ayının sonunadək davam edəcəyi nəzərdə tutulub.

Belediyye.info

 

 

 

ŞƏRHLƏR