"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yardımlı rayonu Horovar kənd bələdiyyəsinin sədrini tanıyaq

--2020-08-21 / 15:37

Hüseynov Əlibaba Barat oğlu 1968-ci ildə Yardımlı rayon Horavar kəndində anadan olub.

1985-ci ildə Horavar kənd tam orta məktəbini bitirib.

Bakı Plan-Uçot Texnikumuna daxil olub.

1986-1988-ci illərdə Omsk şəhərində hərbi xidmətdən sonra 1989-cu ildə texnikumu bitirib, kənddə M.Ə.Sabir adına sovxozda mühasib kimi əmək fəaliyyətinə başlayıb.

1990-1994-cü illərdə Tümen Kənd təsərrüfatı İnstitunda mühasibat uçotu ixtisası üzrə qiyabi təhsil alıb. 1991-1996-cı illərdə kolxozda baş mühasib işləyib.

1999-2019-cu illərdə keçirilən seçkilərdə namizədliyini irəli sürüb və bələdiyyə üzvü, o vaxtdan da hal-hazırda kimi Horovar bələdiyyəsinin sədri vəzifəsinə seçilib.

Əlibaba Hüseynov həmdə Yardımlı rayon bələdiyyələrinin əlaqələndirmə şurasının sədridir.

ŞƏRHLƏR